"Big Mac" indeksinə görə 1 dollar 0,77 manat olmalıdır
"Big Mac" indeksinə görə, manat dollar qarşısında ucuz qiumətləndirilib. İndeksdən belə çıxır ki, 1 manat 1,30 dollara bərabər olmalıdır. Bu gün isə 1 manat 0,59 dollar bərabərdir."The Economist" jurnalının dərc etdiyi "Big Mac" indeksinə görə, Azərbaycan manatı lazımi səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında dördüncü yerdən doqquzuncu yerə enib.
"The Economist"in məlumatına görə, "Big Mac"ın qiyməti Azərbaycanda 4,5 manat və ya 2,65 dollar, ABŞ-da isə 5,81 dollar təşkil edir. Bu göstəricilərə görə, məzənnə 0,77 manat olmalıdır, lakin faktiki (1,7 manat) və təklif olunan məzənnə arasında 54,4%-lik fərq mövcuddur. Yəni "Big Mac" indeksinə görə, manat dollara qarşı lazımi səviyyədən 54,4% daha az qiymətləndirilir. Jurnalın iyul buraxılışında bu göstərici 58,9%-ə bərabər idi.
Qeyd edək ki, ÜDM nəzərə alınaraq tənzimlənmiş siyahıda bu göstərici 22,2%-ə bərabərdir və manat lazımi səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında on dördücüdür.
Ən yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısının ilk üçlüyündə Rusiya rublu (70%), Türkiyə lirəsi (67,9%) və İndoneziya rupisi (59,3%) yer alıb. Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveçrə frankı (20,2%) və Norveç kronu (10%) olub.
Qeyd edək ki, "Big Mac" indeksi 1986-cı ildə "The Economist" tərəfindən ixtira olunan, maraqlı şəkildə valyutaların "düzgün" və ya olmalı olduqları səviyyəni müəyyən edən göstəricidir. Bu indeks alıcılıq qabiliyyəti pariteti nəzəriyyə üzərində qurulub. Lakin burada istehlak səbəti yerinə "McDonald's" tərəfində istehsal olunan "Big Mac" burgeri nəzərə alınır.

15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






