Rusiya və Çin 100 milyon ton neft tədarükü barədə razılığa gəldi
Rusiya şirkəti "Rosneft” Çin şirkəti CNPC ilə 10 il müddətinə Qazaxıstan vasitəsilə 100 milyon ton neft tədarükü barədə razılığa gəlib.Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı “Rosneft” və Çin Milli Neft Korporasiyası (CNPC) Qazaxıstan vasitəsilə 10 il müddətinə 100 milyon ton neftin tədarükü haqqında saziş imzalayıb.
"Xammal, Çinin neft məhsullarına olan tələbatını ödəmək üçün ölkənin şimal-qərbindəki zavodlarında emal olunacaq", - Rosneft qeyd edir.
Kremlin saytı qeyd edir ki, bu, 2013-cü il iyunun 21-də Rosneft və CNPC arasında imzalanmış neft tədarükü müqaviləsinə düzəlişlər edən sazişdir. Bu müqavilə 25 il müddətinə imzalanıb və Çin şirkətinə 325 milyon ton neftin tədarükünü nəzərdə tuturdu. 2016-cı ilin dekabrında şirkətlər Qazaxıstan ərazisindən keçməklə Çinə neft tədarükünü artırmaq üçün əlavə saziş imzalayıblar.
2005-ci ildən bəri Rosneft Çinə 445 milyon ton neft tədarük edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
-
5 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
11 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
56 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






.jpg)
.jpg)

















.jpg)
