Lənkəranda yetişən hallabonqun daxili bazarda satışı zəifdir
Məhsul boldur, satış isə zəidir.Bir neçə il əvvəl cənub bölgəsində əkilib-becərilməsinə başlanan hallabonq qış aylarında yetişir. Görünüşü, dadı, ətri və məhsuldarlığına görə digər sitrus meyvələrindən fərqlənir. Bu il rayon üzrə 60 tondan çox hallabonq tədarükü gözlənilir.
Lənkərana Cənubi Koreyadan gətirilən hallabonq tingləri ilk dəfə rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilib. Nəticə ürəkaçan olduğundan sahələr ilbəil genişləndirilərək, 78 hektara çatdırılıb.
Bu meyvənin indi yığım dövrüdür. Hallabonq kütləvi şəkildə deyil, hissə-hissə dərilir və bazarlara çıxarılır.
İşçi Şükufə Tahirova bildirib ki, bu meyvənin yığımı da insana zövq verir: “Bağda işləməkdən yorulmuruq. Hər işçi günə 50-60 vedrə meyvə yığır. Bağımız bu il də barlıdır. Görürsünüz, məhsul da boldur. İşləyirik, gündəlik qazancımız çıxır”.
Dekabrın axırlarından yığıma start verilən təsərrüfatdan bu günədək 50 tona yaxın məhsul yığılıb. Hələ bağlardan daha 10 ton məhsul toplanması gözlənilir.
Meyvə bağının aqronomu Xalıq Talıbov isə qeyd edib ki, bu ağaclar altı il əvvəl əkilib. “Ağaclar 8-10 ilə tam məhsuldarlığa düşür. Hər ağacdan 15-20 kiloqram məhsul yığırıq. Hektarda da 500 ağac olur. Təxminən hər hektara 30-35 ton məhsul götürə biləcəyik. Hallabonq ağacları uzunömürlüdür. Amma xəstəlik və zərərvericilərdən, soyuqdan qorumaq lazımdır. Soyuqdan qorumaq üçün ağacları polietilen örtüyə almışıq”, - deyə o vurğulayıb.
Ümumiyyətlə hallabonq ağacları 8-10, meyvəsi isə 2-3 dərəcə şaxtaya dözə bilir. Meyvəsinin çəkisi 350-400, bəzən də 500-600 qram olur. Digər sitrus meyvələrindən sonra yetişməsi bazarlarda hallabonqa yüksək alıcılıq qazandırır.
Təsərrüfatın baş nəzarətçisi Vahab Əmirli ilə söhbət zamanı məhsulun əsasən yerli bazara çıxarıldığını bildirib: “Satış daxili bazarda olduğu üçün bir az zəif gedir. Ancaq xaricə çıxsaq, gəlirimiz də artar. Hələ ki, müraciət yoxdur. Malımız da, tədarük etməyə imkanımız da var. Bu meyvə demək olar ki, ikinci ildir respublika bazarında tanınır. Alıcı tələbatı da get-gedə artır”.
Qiymətlər meyvənin ölçüsünə görə 1 manat - 2 manat 50 qəpik arasında dəyişir. Xoş ətrə, gözəl dada malik olan bu meyvədən qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində geniş istifadə edilir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
18 d. əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 30 d. əvvəl
-
36 d. əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
2 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Ən çox oxunanlar
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır



























