Bir ölkə sakininin orta aylıq alışı 362 manata yaxınlaşıb
Yanvar ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini 199,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 162,6 manatlıq qeyri-ərzaq malları almışdır.2022-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,6 milyard manatlıq, o cümlədən 2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artmışdır.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2021-ci ilin yanvar ayına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 3 630,3 | 102,9 |
o cümlədən: | ||
ərzaq məhsulları | 1 780,6 | 102,8 |
içkilər və tütün məmulatları | 217,4 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 536,4 | 100,5 |
elektrik malları və mebellər | 171,4 | 100,3 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 35,2 | 156,0 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 96,1 | 137,4 |
avtomobil benzini və dizel yanacağı | 182,4 | 106,0 |
digər qeyri-ərzaq malları | 610,8 | 100,2 |
2022-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 14,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,1 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 1,7 faiz artmışdır.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 361,7 manatlıq, o cümlədən 199,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 162,6 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 9 saat sonra
-
- 4 saat sonra
-
12 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
12 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
12 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb










.jpg)








.jpg)


