"Neftdə qıtlıq artacaq, qiymətlər daha da yüksəlcək"- Beynəlxalq Enerji Agentliyi
Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib ki, OPEC+ ölkələrinin hasilatı daha çox artıra bilməyəcəkləri gözləntiləri neftin qiymətinin daha da artmasına səbəb olacaq.Beynəlxalq Enerji Agentliyi (International Energy Agency: IEA), Neft İxrac Edən Ölkələr Birliyi və müttəfiq ölkələrin (OPEC+) hasilatı güclü bərpa edə bilməyəckləri gözləntilərilə neft qiymətlərinin daha da arta biləcəyini proqnozlaşdırıb.
IEA bəyan edib ki, 23 üzvdən ibarət OPEC+ ittifaqı hasilatdakı ixtisarı tamamilə aradan qaldıra bilmədiyi üçün vəziyyət daha da pisləşəcək. Həmçinin Agentlik neft ehtiyatlarının son 7 ilin ən aşağı səviyyəsinə düşməsinin də problemlər yaradacağını proqnozlaşdırıb.
Marja-nın məlumatına görə, Agentliyin bu gün açıqlanan aylıq hesabatında deyilir ki, “OPEC+ hasilatı ilə hədəflər arasında uçurum davam edərsə, tədarük qıtlığı artacaq və bu, qiymətlərə yüksələn təzyiqə səbəb olacaq”.
Qiymətlərin artması əsas iqtisadiyyatlarda problemlər yaradıb, inflyasiyanın və yaşayış xərclərinin artmasına səbəb olub.
Agentlik ABŞ-ın 2022-ci il üçün neft hasilatı proqnozlarını gündə 240 min barel artıraraq 1,2 milyon barrelə çatdırıb.
Hər ay hasilat imkanlarını tədricən artıran OPEC+ ölkələri neft istehlak edən ölkələrin tədarükünü artırmaq üçün təzyiqləri ilə üzləşib. Keçən həftə keçirdiyi iclasda koalisiya mart ayı üçün gündəlik hasilatı 400 min barel olaraq “mülayim” artımı saxlamaq qərarına gəlib.
XXX
Beynəlxalq Enerji Agentliyinin (BEA) fevral hesabatında deyilir ki, OPEC+ ölkələrinin neft hasilatını hədəf səviyyələrdən bərpa etməkdə xroniki geridə qalması neft bazarında volatilliyin artmasına səbəb ola bilər.
Hesabatda qeyd olunur ki, yanvarda qlobal neft hasilatı sutkada 560 min barel artaraq 98,7 milyon barelə çatıb, lakin OPEC+ ölkələrinin neft hasilatının bərpası cədvəlindən xroniki geri qalması olmasaydı, artım tempi daha yüksək ola bilərdi. Bir sıra OPEC+ ölkələrində potensialın olmaması ona gətirib çıxarıb ki, 2021-ci ilin əvvəlindən onlar 300 milyon barel və ya gündəlik 800 min barel artıra bilməyiblər. Hesabatda deyilir: “OPEC+ ölkələri ehtiyat güc məsələsini həll edə bilməsələr, hasilat boşluğu genişlənə bilər”. Eyni zamanda, BEA-nın hesablamalarına görə, 2022-ci ildə sərbəst istehsal gücləri sutkada 5,1 milyon bareldən 2,5 milyon barelə qədər azaldıla bilər.
“OPEC+ ölkələri hasilat cədvəllərindən geri qalmağa davam edərsə, neft tədarükü ilə bağlı gərginlik güclənə və qiymət dəyişkənliyini artıra bilər. Bununla belə, Yaxın Şərqdən olan istehsalçılar tədarük çatışmazlığını doldurmaqla vəziyyəti bir qədər normallaşdıra bilərlər”, - deyə hesabatda bildirilir.
Bundan əlavə, BEA əlverişli qiymət mühitinin ABŞ-da qazma işlərini intensivləşdirə biləcəyini gözləyir, ona görə də agentlik ABŞ-da hasilatın artımı ilə bağlı proqnozunu sutkada 1,2 milyon barelə çatdırıb. Həmçinin, Kanada, Braziliya və Qayana bazara gündə təxminən 460 min barel tədarük əlavə edə bilər.
Belə ki, yanvar ayında neft hasilatının azaldılması sazişində iştirak edən OPEC+ ölkələri xammal hasilatını sutkada 280 min barel (barel/gün) artıraraq, əsasən OPEC ölkələrinin hesabına 37,84 milyon barel/günə çatdırıblar, yəni, hasilatı sutkada 400 min barel artırmaq planına cəmi 70% əməl edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
33 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
39 d. əvvəl
Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından aldı
-
1 saat əvvəl
ABŞ-ın neft şirkətləri Trampın Venesuelaya müdaxiləsindən sonra dəyər qazanıblar
-
2 saat əvvəl
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
-
3 saat əvvəl
Növbəti tədris ilində dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq
- 3 saat əvvəl
-
4 saat əvvəl
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
Dövlətin 25 milyard 273 milyon manat borcu olduğu açıqlandı
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Yanvarın 6-da gözlənilən hava şəraiti
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram























