VTB (Azərbaycan) dövlət dəstəyi ilə ipoteka üzrə faiz dərəcəsini endirib
(®) Bank VTB (Azərbaycan) dövlət dəstəyi ilə ipoteka proqramı çərçivəsində faiz dərəcəsini 1,01 faiz bəndi azaldıb.
Bankın yaydığı məlumatda bildirilir ki, borcalanlar İpoteka və Kredit Zəmanət Fondu (AİKGF) vasitəsilə illik 6,99% güzəştli faizlə kredit üçün müraciət edə biləcəklər.
Aksiya çərçivəsində verilən ipoteka üzrə tarif müqavilənin bütün müddəti ərzində saxlanılır. Kreditin maksimal məbləği 150 000 manat, müddəti 3 ildən 25 ilə qədərdir. İlkin ödəniş ilkin bazarda obyekt alarkən əmlak dəyərinin ən azı 15%, təkrar bazarda ev alarkən isə ən azı 30% olmalıdır. Təklif 31 mart 2022-ci il tarixinədək qüvvədə olacaq.
VTB (Azərbaycan) şirkətinin pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeniy Borodin deyib: “Mənzil kreditlərinə tələbat artmaqda davam edir. Ötən il VTB (Azərbaycan)-ın ipoteka portfeli 31% artaraq 30,6 milyon manata çatıb. Sosial məsuliyyət daşıyan bir bank olaraq, ipoteka kreditlərini sərfəli saxlamaq bizim üçün vacibdir. Faiz dərəcəsinin 6,99%-ə endirilməsi müştərilərə mənzil problemini minimal xərclə həll etməyə imkan verəcək”.
Müştərilərin bir sıra kateqoriyalarına (milli qəhrəmanların ailə üzvləri, məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər, azı 3 il dövlət qulluğunda çalışan, doktorluq və ya namizədlik elmi dərəcəsi olan, idmanda xüsusi xidmətləri olan şəxslər) dövlət xətti ilə güzəştli ipoteka krediti də mövcuddur. Güzəştli ipoteka krediti üzrə faiz dərəcəsi 4%, ilkin ödəniş isə minimum 15% təşkil edir. Kreditin maksimal məbləği 100 000 manat, müddəti 30 ilə qədərdir. Hər bir ailənin güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə etmək hüququ var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























