Naxçıvan iqtisadiyyatı 1,1 faiz artıb
Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsi 2022-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı barədə məlumatları açıqlayıb.
Marja xəbər verir ki, Muxtar respublikada 2022-ci ilin yanvar ayında 180 milyon 315 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 389,4 manat olmuşdur.
***
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 97 milyon 916 min 700 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
***
Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 859 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 35 milyon 204 min 200 manatı və ya 93 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
***
2022-ci ilin yanvar ayında 9 milyon 483 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 2339 ton, süd istehsalı 2121 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6 faiz, süd istehsalı isə 1,3 faiz artmışdır.
***
2022-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 553 min 400 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 3 milyon 272 min 900 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.
***
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 19 milyon 308 min 200 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 71,7 faiz çoxdur. Verilmiş kreditlərin 1 milyon 722 min 500 manatı və yaxud 8,9 faizi qısamüddətli, 17 milyon 585 min 700 manatı və yaxud 91,1 faizi uzunmüddətli kreditlər olmuşdur.
***
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
***
2021-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 553,6 manata çatdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 3,3 faiz çoxdur.
***
1 yanvar 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1430 nəfər artaraq 462 min 960 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
2 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
2 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
2 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti













.jpg)








.jpg)


