Milli İnsan Resursları Forumu bu il 5-ci dəfə təşkil olunacaq
Forumda “Beyin köçü”nün əsas səbəbləri təhlil edilərək, həlli yolları istiqamətində fikir mübadiləsi aparaılacaq.2015-ci ildən etibarən təşkil edilən və ölkəmizin İnsan resursları sahəsində ilk forumu olan Milli İnsan Resursları Forumu bu il 5-ci dəfə olmaqla 16 aprel 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da keçiriləcəkdir.
300 nəfərdən çox şəxsin iştirakının planlaşdırıldığı bu tədbirdə İnsan resursları sahəsinin mütəxəssisləri, şirkət rəhbərləri və sahibkarlar, dövlət və özəl sektorun nümayəndələrinin iştirakı gözlənilir.
“Facemark” MMC, “Business Management School” MMC və “HR Option” MMC-nin təşkilati dəstəyi ilə keçiriləcək bu forumda iki panel və bir praktiki məşğələ (workshop) olmaqla, 9 spiker və 2 moderatorun çıxışı planlaşdırılır. Bundan əlavə, şirkətlərin öz məhsul və xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün əyləncəli aktivliklər təşkil ediləcək və müxtəlif hədiyyələr təqdim ediləcəkdir.
Forumun layihə rəhbəri Cabir Süleymanlı tədbirin konseptini belə izah edir:
“Qloballaşmanın artması, eləcə də yeni texnologiyaların yaratdığı imkanlarla əlaqəli olaraq mütəxəssislərin, xüsusilə də gənclərin işləmək üçün ölkə xaricinə üz tutması və ya fiziki olaraq məkan dəyişmədən belə xarici şirkətlər üçün çalışması ölkəmizdə kadr çatışmazlığı mövzusunu sıxlıqla gündəmə gətirir. "Beyin köçü" prosesi İnsan resursları idarəçiliyi və onun fəaliyyət sahəsi ilə də sıx əlaqəlidir. Bütün bunları nəzərə alaraq, MİRF 2022-də “Axına qarşı” şüarı ilə bu mövzuya diqqət çəkməyə çalışacaq, peşəkar spikerlərin öz təcrübələrini bölüşdüyü bu müzakirə mühitində “Beyin köçü”nün əsas səbəblərini təhlil edərək həlli yolları istiqamətində fikir mübadiləsi aparacağıq.”
16 aprel 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da baş tutacaq və gün boyu (09:00-18:00) davam edəcək MİRF-2022 tədbiri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi internet səhifəsini (www.mirf.az), sosial media hesablarını izləyə, həmçinin iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz.
Instagram: https://instagram.om/mirf.aze?utm_medium=copy_link
Facebook: https://www.facebook.com/mirfaze
Linkedin: https://www.linkedin.com/company/mi%CC%87rf/
Twitter: https://twitter.com/resurslar
YouTube: https://www.youtube.com/channel/UCL_R1jxMrhjyln9x9iWg48Q
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























