Zelenskinin ofisi Ukraynanın neytral statusunun müzakirəsi üçün şərtini açıqlayıb
"Təəssüf ki, bu cür hazırlığı Prezident Putinin özündə görməmişik"“Ukrayna Təhlükəsizlik zəmanəti verildiyi təqdirdə Rusiyanın neytrallıq tələbini müzakirə etməyə açıqdır, lakin bir qarış da olsa ərazi güzəşti etməyəcək”.
Bunu “Bloomberg”ə açıqlamasında Ukrayna Prezident administrasiyasının Xarici Siyasət və Avropaya İnteqrasiya Baş idarəsinin direktoru İqor Jovkva deyib.
O, Ukraynanın diplomatik həll yoluna hazır olduğunu vurğulayıb. “Nümayəndələr heyəti səviyyəsində müzakirələrin artıq üç raundu olub. Sabah bizim xarici işlər nazirimiz Türkiyə xarici işlər naziri ilə birlikdə Rusiya xarici işlər naziri Lavrovla görüşəcək. Daha da vacibi, mənim Prezidentim Prezident Putinlə birbaşa müzakirələrə hazırdır. Biz geniş spektrli müzakirələrə hazırıq. Amma təəssüf ki, bu cür hazırlığı Prezident Putinin özündə görməmişik, - deyə Jovka bildirib.
O, əlavə edib ki, iki ölkənin Prezidentləri arasında bu cür görüş keçirilməsi üçün Ukraynanın ön şərti dərhal atəşkəs və Rusiya qoşunlarının ölkədən çıxarılmasıdır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti





















