"Konyalı iş adamları Azərbaycana investisiya qoymaqda maraqlıdırlar"
Konyalı iş adamları Azərbaycana investisiya qoymaqda maraqlıdırlar.
Bunu açıqlamasında Konyada səfərdə olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.
O bildirib ki, Konyada səfərdə olan MÜSİAD Azərbaycan heyəti MÜSİAD Konya rəhbəri Mehmet Hilmi Kağnıcı ilə görüş keçirib.
R.Cabirli qeyd edib ki, görüş zamanı M.H.Kağnıcı MÜSİAD Konyanın 400-ə yaxın üzvü olduğunu bildirib.
“Görüş zamanı tərəflər arasında əməkdaşlığın artırılması və həyata keçirilə biləcək birgə layihələr ətrafında müzakirələr aparılıb və konyalı iş adamları Azərbaycana dəvət edilib”, - deyə R.Cabirli qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyədən olan iş adamlarının qarşılıqlı sərmayə qoymasına şərait yaratmaq, əməkdaşlığı gücləndirmək, Azərbaycanda investisiya imkanları və dəstək haqqında məlumat vermək, sahibkarları Azərbaycana dəvət etmək məqsədi ilə, MÜSİAD Azərbaycan heyəti Konya Ticarət Palatasının sədri Selçuk Öztürk ilə də görüş keçirib.
“Görüşdə S.Öztürkə Azərbaycanda münbit investisiya şəraitinin olması haqda məlumat verilib və eyni şəraitin Türkiyədə də olduğu bildirilib", - deyə R.Cabirli qeyd edib.
R.Cabirli deyib ki, Türkiyə Ticarət və Sənaye Palatasının (TOBB) məlumatına əsasən, keçən il Türkiyədə Azərbaycan sərmayəsi ilə 237 şirkət qurulub ki, bu da 2020-ci illə müqayisədə 89 şirkət çoxdur.
"2021-ci ildə qurulan şirkətlərin böyük əskəriyyəti, yəni 207-si İstanbulda fəaliyyət göstərir. Hesab edirəm ki, MÜSİAD Azərbaycanın fəaliyyəti ilə qarşılıqlı investisiya artımı olacaq”, -deyə o qeyd edib.
Qeyd edək ki, 8-12 mart tarixlərində Türkiyənin Konya şəhərində 18-ci kənd təsərrüfatı sərgisi keçirilir. Sərgidə MÜSİAD Azərbaycan heyəti və azərbaycanlı sahibkarlar da iştirak edir.
Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
2 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı























