Azərbaycanda inflyasiya açıqlandı - ərzaq 17 faizdən çox bahalaşıb
2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi (inflyaiya göstəricisi) 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,9 faiz artıb
2022-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 17,2 faiz yüksəlib.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 6 faiz artıb. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, kəsilmiş taxtaların, noutbukların, planşet tipli kompüterlərin və televizorların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 9,3 faiz təşkil yüksəlib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana, tibbi və stomatoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
9 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
10 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
10 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq


















.jpg)

.jpg)






