Super həftədə bazarları nələr gözləyir?
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Gələn həftə bazarları bir növ super bir həftə gözləyir. Çərşənbə günü (14 İyun) ABŞ Mərkəzi Bankı Fed-in faiz qərarı ilə bərabər, gələn həftə Yaponiya və İngiltərə mərkəzi banklarının da qərarları təqib ediləcəkdir.
"Marja" xəbər verir ki, Çərşənbə gününün ən önəmli gündəmi Fed-in iclası olacaq. Bazarda Fed-in bu iclasda faiz artıracağı ehtimalı olduqca yüksək görünür. 2 gün davam edəcək toplantıdan sonra faizin 25 bənd artırılacağı gözlənilir (hazırda 0,75%-1%). Toplantının ardından Fed sədri Janet Yellen mətbuat konfransında danışacaq.
TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !
Bankın bu il 4.5 trilyon dollarlıq balansını azaltması da gözlənilir. Son iclasının protokollarında da bu istiqamətdə işarələr verilmişdi.
Fed rəsmiləri, Mayın əvvəlində keçirdikləri toplantıda ABŞ iqtisadiyyatında yaxın dövrdə görülən səngimənin müvəqqəti olduğu aydın şəkildə bəlli olana qədər faizlərin artırılmaması barədə fikir birliyinə gəlmişdilər. Rəsmilərdən çoxu faizin yaxın gələcəkdə həyata keçirilə biləcəyini ifadə etmişdi.
Fed tərəfindən 2-3 Mayda keçirilən pul siyasəti toplantısının protokollarına görə, toplantıda iştirak edən rəsmilərin demək olar ki hamısı mərkəzi bankın əlində dəyəri bir neçə trilyon dolları çatan istiqrazların bu il ərzində azaldılmasına başlanmasını istəyir. Fed balansını azaldan zaman dövriyyədəki Dolların bir hissəsi geri yığılacaqdır. Bununla bağlı olaraq balansın azaldılması da Dolların bahalaşmasına səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)





