MİRF 2022-nin bilet satışlarına start verildi- VİDEO
16 aprel 2022-ci ildə Baku Marriott Hotel Boulevard-da 300 nəfərin iştirakı ilə baş tutacaq Milli İnsan Resursları Forumunda iştirak üçün qeydiyyat başlamışdır.
2015-ci ildən etibarən təşkil edilən və ölkəmizin İnsan resursları sahəsində ilk forumu olan MİRF bu il 5-ci dəfə keçiriləcəkdir.
Bu ilki “MİRF 2022” forumun formatı və konsepti artıq bəlli oldu. Beləliklə, MİRF 2022 “AXINA QARŞI” şüarı ilə beyin köçü mövzusunu gündəmə gətirəcəkdir. Forum hər paneldə 4 spikerin çıxışı olmaqla, 2 paneldən və bir praktiki məşğələdən (workshop) ibarət olacaqdır. Bundan əlavə tədbir zamanı müstəqil spikerlərin çıxışları, həmçinin MİRF-in Türkiyənin öncül araşdırma şirkətlərindən olan “PESSURVEY” ilə əməkdaşlığı çərçivəsində “Beyin köçü” mövzusundakı fərqli hədəf kütlələr üzrə etmiş olduğu anketin nəticələrinin tədbir iştirakçılarına təqdimatı baş tutacaqdır.
Eyni zamanda tədbir iştirakçıları üçün əyləncəli oyunlar təşkil ediləcək və müxtəlif hədiyyələr təqdim ediləcəkdir.
Tədbir haqqında barədə Layihə rəhbəri Cabir Süleymanlı və layihənin təşkilati dəstəkçiləri “Business Management School” MMC-nin həmtəsisçisi Elvin Cabaylı, “HR Option” MMC-nin həmtəsisçisi Xəqani Səfərov və İnsan resursları üzrə meneceri Cəmil Hüseynov, Fil Agency-nin təsisçisi Rafiq Hunaltay və “Facemark” MMC-nin direktoru Ayşən Allahverənova öz video müraciətlərində məlumat veriblər.
Yenilik olaraq MİRF-in bu ilki tədbirdə həm oflayn, həm də onlayn iştirak mümkün olacaqdır. İzləyicilər forum barədə yeniliklərdən xəbərdar olmaq və iştirak bileti əldə etmək üçün web səhifəsi (www.mirf.az), həmçinin layihənin sosial media hesablarını izləyə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























