“Tiffany” Rusiya mənşəli brilyant almaqdan imtina edib
ABŞ-ın zərgərlik mağazası “Tiffany&Co” Rusiyadan almaz və brilyant almaqdan imtina edib.
Bu barədə “Marketwatch”xəbər verir.
“Tiffany” Rusiyadan bütün növ cilalanmamış almaz alışını, eləcə də harada kəsilməsindən asılı olmayaraq, Rusiya mənşəli brilyantların alışını dayandırıb”, - şirkətin açıqlamasında deyilir.
ABŞ-ın mart ayında tətbiq etdiyi qadağa yalnız Rusiyada hasil edilən və Rusiyada kəsilmiş almaz və brilyantlara aiddir və Hindistanda kəsilən Rusiya məhsullarının əsas hissəsinə təsir göstərmir.
“Tiffany” öz tədarükçülərinə Rusiya brilyantlarının alınmasını dayandırmağı və zərgərlik məmulatlarında istifadə edilən brilyantları Rusiya və qeyri-Rusiya mənşəli olmalarına görə ayırmağı tapşırıb.
“Tiffany”nin qadağası martın 21-dən etibarən Rusiyada çıxarılan brilyantlara şamil edilir. Şirkət Rusiya brilyantlarının mağazalarda satışının davam edib-etməyəcəyini və ya şirkətin münaqişədən əvvəl hasil olunan və hazırda hələ də kəsilmək və ya cilalamaq prosesində olan almazları ala bilib-bilməyəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, hazırda “Louis Vuitton Moet Hennessy”yə (LVMH) məxsus olan “Tiffany” Rusiyanın “Alrosa” şirkətinin uzunmüddətli müştərisi olub.
Ukrayna ilə bağlı münaqişə fonunda “Tiffany” ilə yanaşı, ABŞ-ın digər riteyleri “Signet Jewelers” də alışdan imtina edib, “Brilliant Earth” onlayn satıcı isə Rusiya mənşəli bütün brilyantları öz saytından silib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
18 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
23 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
30 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 41 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb






.jpg)











.jpg)








