FAO: "Dünyada ərzaq qiymətləri 22 %-ə qədər arta bilər"
Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranmış qlobal təklif desfisiti ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 % yuxarı qalxmasına səbəb ola bilər.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.
FAO kənd təsərrüfatı xammalı və ərzaq məhsullarının iri istehsalçıları və ixracatçıları olan Rusiya ilə Ukrayna arasındakı müharibənin qlobal ərzaq bazarına mənfi təsir edəcəyini proqnozlaşdırır.
“FAO-nun iki ölkə tərəfindən taxıl və günəbaxan toxumlarının ixracının ani və kəskin azalmasının potensial təsirini qiymətləndirən hesablamaları göstərir ki, bu çatışmazlıqlar 2022/2023 kənd təsərrüfatı mövsümündə alternativ mənbələr hesabına qismən kompensasiya edilə bilər. Bir çox ixracatçı ölkələrin istehsalı və tədarükü artırmaq imkanı yüksək istehsal və giriş xərcləri ilə məhdudlaşdırıla bilər”, - təşkilatın bəyanatında deyilir.
FAO analitikləri hesab edirlər ki, münaqişə xam neftin qiymətini yüksək saxlasa və iki ölkənin dünya ixracatındakı payının azalması müddətini uzatsa, qlobal taxıl və günəbaxan bazarında əhəmiyyətli tədarük çatışmazlığı 2022/2023 kənd təsərrüfatı mövsümündən sonra da davam edə bilər və bu, hətta alternativ istehsalçı ölkələr yüksək məhsul qiymətlərinə cavab olaraq istehsallarını genişləndirsələr belə, baş verəcək.
Logistik riskləri şərh edən FAO qeyd edir ki, Ukraynada daxili nəqliyyat və dəniz limanları infrastrukturuna, eləcə də saxlama və emal infrastrukturuna ziyan vurulması qorxusu var.
“Ümumilikdə, Qara dəniz regionunda yanalma üçün nəzərdə tutulan gəmilər üçün sığorta haqlarının artırılması ilə bağlı narahatlıqlar var, çünki bu, yükdaşıma xərclərinin yüksək olmasına və nəticədə idxalçıların xaricdən tədarük edilən qidaya görə xərclərinin artmasına səbəb olacaq”, - deyə məlumatda bildirilir.
Mütəxəssislərin proqnozlaşdırdığına görə, münaqişə səbəbindən Ukraynada qış məhsullarının 20 %-dən 30 %-ə qədəri biçilməmiş qala bilər. Yazlıq əkin kampaniyasının keçirilməsi ehtimalı ilə bağlı da ciddi qeyri-müəyyənlik var. Rusiyada qış bitkilərinə ciddi ziyan dəyməyəcək, lakin tətbiq edilən sanksiyalara görə ixrac perspektivlərində qeyri-müəyyənlik var. “İxrac bazarlarının istənilən itkisi fermerlərin gəlirlərinin azalmasına səbəb ola bilər ki, bu da gələcək əkin qərarlarına mənfi təsir göstərəcək”, - məlumatda deyilir.
“Sanksiyalar həmçinin Rusiyanın kənd təsərrüfatı məhsullarının, xüsusən də ölkənin çox asılı olduğu pestisidlər və toxumların idxalını poza bilər. Bu, əkin sahələrinin, məhsuldarlığın və keyfiyyətin azalmasına səbəb ola bilər. Bu, həmçinin Rusiyanın kənd təsərrüfatı sektorunu və qlobal ərzaq təchizatını ciddi risklərlə üz-üzə qoyur”, - FAO-dan bildiriblər.
FAO-nun məlumatına görə, 2016/2017-dən 2020/2021 kənd təsərrüfatı mövsümünə qədər olan dövrdə arpa istehsalının 19 %-i, buğdanın 14 %-i, qarğıdalının isə 4 %-i Rusiya və Ukraynanın payına düşüb. Yağlı bitkilər kompleksində günəbaxan yağı istehsalının yarıdan çoxu onların payına düşür. FAO-nun məlumatına görə, bu yağın qlobal ixrac bazarında hər iki ölkənin payı 63 %-ə yaxındır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 saat əvvəl
-
-
10 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
13 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
13 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib






.jpg)
.jpg)




.jpg)





