Naxçıvanda gənc bank əməkdaşlarının iştirakı ilə tədbir keçirilib - FOTOLAR
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı ASC və “International Consulting Company”-dən cəlb olunmuş əməkdaşların təlimçi qismində iştirakı ilə 16-17 aprel 2022-ci il tarixlərində Ağbulaq istirahət Mərkəzində “Bank-Təlim Məktəbi” layihəsi çərçivəsində muxtar respublikada fəaliyyət göstərən banklardan ümumilikdə 40 nəfər seçilmiş fəal gənc bank əməkdaşının cəlb olunması ilə tədbir keçirilmişdir.
İdarənin yaydığı məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev layihənin əhəmiyyətinə toxunaraq keçirilmiş təlimlərin muxtar respublikada bank sektorunun inkişafı baxımından həlledici rol oynadığını qeyd etmişdir. Həmçinin, layihə çərçivəsində keçirilmiş təlimlərin muxtar respublikada bank savadlılığının ictimai dəyər kimi tanınması, bank əməkdaşlarının maliyyə savadlılıq səviyyəsinin artırılması, həmçinin bank məsələləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək, onlarda bank sektoruna inamı gücləndirməkdən və bank sektoru ilə əlaqəli bilik və bacarıqlarının təlimçilərin iştirakı ilə daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsindən ibarət olduğunu vurğulamışdır.
Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının eksperti İbrahim Ağayev Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşəbbüsü ilə bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini söyləmiş və maarifləndirici təlim və seminarların keçirilməsinə bundan sonra da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvafiq dəstəyin göstəriləcəyini bildirmiş və tədbirin gedişatına uğurlar arzulamışdır.
Tədbir zamanı ilkin olaraq “International Consulting Company”-nin direktoru Ramin Bayramov “Müasir bank məhsulları və xidmətləri” mövzusunda məlumat verərək bildirmişdir ki, hazırda banklar tərəfindən aktiv, passiv və vasitəçilik olmaqla müxtəlif əməliyyatlar həyata keçirilir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Əhaliyə bank məhsulları internet-bank, sms-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir. O, bank sisteminin regional şəbəkəsinin və maliyyə xidmətlərinə çıxış imkanlarının daha sürətlə genişləndiyindən, digər tərəfdən banklar beynəlxalq maliyyə bazarlarında aktiv fəaliyyətə başladığından bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən islahatlar və institusional inkişaf nəticəsində bank sektorunda kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verdiyini qeyd etmişdir. Bunun nəticəsi olaraq bank sektorunda maliyyə sabitliyi parametrlərinə, risk menecment təcrübəsinə və xidmət şəbəkəsinə görə beynəlxalq standartlara tam uyğun bank sistemi formalaşdığını vurğulamışdır.
Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının eksperti İbrahim Ağayev “Biznes etikası” mövzusunda çıxış edərək təşkilatda etikanın vacibliyi, etikanın elementləri və əhəmiyyəti, təşkilatın etik mədəniyyətinin analizi, prinsipləri və onların tətbiqi, etik qərar vermə bacarıqları və etik təlimatların mənbələri haqqında iştirakçılara məlumat vermişdir. Bundan başqa etik standartların bank sahəsində də xüsusi əhəmiyyətini vurğulayaraq bu sahədə olan standartlar və onların pozulmasının bank sisteminə gətirəcəyi mənfi təsirlərdən danışmış, banklar tərəfindən tətbiq olunan beynəlxalq standartlara toxunmuşdur.
Son olaraq “Bankçılıqda rəqəmsal trendlər və bank məhsullarının onlayn satışı” mövzuları çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ASC-nin Rəqəmsal marketinq şöbəsinin müdiri Sərvər Cəfərov çıxış edərək tədbir iştirakçılarına rəqəmsal sahədə qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, ölkəmizdə formalaşan rəqəmsal sistemdə innovativ bankçılıq haqqında məlumat vermişdir.
Təlimin sonunda bank əməkdaşları arasında sorğular keçirilmiş və onlar tədbirin keçirilməsi ilə bağlı öz fikirlərini bildirmiş, bu kimi tədbirlərin muxtar respublikada mövcud olan bank sisteminin inkişafında müstəsna əhəmiyyətə malik olduğunu qeyd etmiş, maarifləndirici tədbirlərin davamlı təşkilində xüsusi əməyi olan Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi bank əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yönəlmiş silsilə tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
29 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
31 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























