Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər 162 milyard dolları keçib
Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirləri açıqlayıb.
Marja.az Fondun yaydığı məlumata istinadən xəbər verir ki, 01 Aprel 2022-ci il tarixinə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 157 milyard 239 milyon ABŞ dolları (01.04.2022 tarixinə) təşkil edib.
2022-ci ilin ilk rübündə AÇG yatağından 1 milyard 866 milyon ABŞ dolları daxil olub.
2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 911 milyon ABŞ dollarına çatıb (01.04.2022 tarixinə).
Cari ilin ilk rübündə Şahdəniz yatağından (qaz və kondensat) 359 milyon 125 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 62 milyon 494 min ABŞ dolları təşkil edib.
01 Aprel 2022-ci il tarixinədək Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə 162 milyard 150 milyon dollar gəlirlər əldə edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 d. əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
-
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
17 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN





















