"Dövlət vəsaitinin xərclənməsində pozuntular daha pis səviyyədə davam edir"
“2021-ci ildə 44 audit aparılsa da, 50%-i hesabatda göstərilməyib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, satınalmalarla, tenderlərlə bağlı məsələlər hər il Hesablama Palatası tərəfindən göstərilir:
“Amma biz bunlarda hansısa inkişaf görmürük. Dövlət vəsaitinin xərclənməsində pozuntular daha pis səviyyədə davam edir. Burada Hesablama Palatası öz mövqeyini ortaya qoymalıdır. May ayında dövlət büdcəsinin icrasına baxacağıq. Büdcənin icrası ilə bağlı məsələlərə ildə 3, 4, bəlkə də 5 dəfə baxılmalıdır. Bunun üçün Hesablama Palatası bizə müraciət edə bilərdi. Bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edə bilərik. May ayında Milli Məclis artıq büdcənin icrasına baxanda pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib. Buna qədər Hesablama Palatası bu icraya nəzarət edə bilər”.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 16 d. əvvəl
-
- 25 d. əvvəl
-
56 d. əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
17 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN






















