
“Əməkdaşlar iş yerində susmuş olsalar belə, daxildə baş verənləri çöldə dilə gətirirlər”
Şirkətin İctimaiyyətlə əlaqələr (PR) fəaliyyətinə haradan başlanılmalıdır? “Şirkətin öz daxilində nüfuzu yoxdursa, şirkət öz imici ilə əməkdaşları üçün sevimli, əzəmətli və etibarlı deyilsə, onda təsəvvür edin ki, PR üçün sərf edilən əmək, zaman, maddi vəsait və s. uçmaq təhlükəsində olan binanın üzünə bəzəkli fasadın çəkilməsi kimi mənasızdır”.
Şirkətin (məhsulun yox) PR fəaliyyəti şirkət daxilindən başlamalıdır. İlk addım əməkdaşları könüllü olaraq şirkətin PR-çısı edə bilməkdir. Bunu etmək çətin deyil. Şirkəti əvvəlcə şirkətin daxilində olanlara sevdirmək lazımdır. Xaricdən görüntü nə qədər mükəmməl olsada, ictimaiyyətə nə qədər gözəllik göstərilsədə şirkətin içini içdən görənlər şirkətin əməkdaşlarıdır.
Əsla unutmaq olmaz ki, əməkdaşlar da ictimaiyyətdəndir. Onların evdə, çayxanada, məclislərdə söz açıb, söhbət etdikləri ailə fərdləri, qonşuları, qohumları, dostları, yaxınları da ictimaiyyətdəndir. Əməkdaşlar iş yerində hansısa səbəblərdən susmuş olsa belə, içəridə baş verənləri çöldə dilə gətirəcək. Şirkətin öz daxilində nüfuzu yoxdursa, şirkət öz imici ilə əməkdaşları üçün sevimli, əzəmətli və etibarlı deyilsə, onda təsəvvür edin ki, PR üçün sərf edilən əmək, zaman, maddi vəsait və s. uçmaq təhlükəsində olan binanın üzünə bəzəkli fasadın çəkilməsi kimi mənasızdır.
Şirkətin hər vəziyyətində əməkdaşlarının işinə sevgi və sədaqətlə çalışmasını təmin etmək üçün PR əvvəlcə daxildə tətbiq edilməlidir. Əməkdaşlar hansısa bir gün kənardan şirkət üçün gələ biləcək istənilən təyziqə sinə gələ, öz iş yerini qoruya bilərlər.
Şirkətin PR-ından məsul olan menecerlərlə HR-menecerləri arasında koordinasiyalı iş birliyi olmalıdır. HR-menecerlərin əsas işi şirkət daxilində olan əməkdaşları məmnun etmək, şirkətdə iş mühitini normallaşdırmaq, şirkəti çalışmaq üçün ən arzu edilən şirkətlərdən biri etməkdirsə, PR-menecerlərin əsas işi isə, şirkətin daxilində HR-menecerlə kordinasiyalı şəkildə şirkət əməkdaşları üçün şirkətin imicini formalaşdırmalıdır. Eyni zamanda da PR-menecerlərin vəzifələrindən biri ölkədə və dünyada şirkətin imicini yaradıb, onun qorunub saxlanmasını təmin etməkdir. PR-menecerlər şirkətin daxilindən və xaricindən gələ biləcək istənilən imicə yönəlik təhlükəni vaxtında təyin edib, onun qarşısının alınması üçün adiyyatı şöbələri məlumatlandırmalıdır.
Müəllif: Marja.az üçün Ülvi Günəşli
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
5 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 5 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
