Dövlət Agentliyindən "Əliyev və K" şirkətinə sifariş - YENİLƏNİB
"Əliyev və K" Şəxsi İstehsalat Kommersiya Şirkətindən Marja-ya bildirilib ki, dövlət satınalmaları elektron portalına müqavilənin məbləği daxil edilən zaman səhvə yol verilib. Bağlanılmış müqavilənin məbləği 203 min 70.92 manatdır.
XXX
İcbari Tibbi Sığorta Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması və Anbar üçün stellajların satın alınması üzrə tenderləri yekunlaşdırılıb.
Marja.az xəbər verir ki, qalib şirkətlər "Paşa-K" Firması, "Əliyev və K" Şəxsi İstehsalat Kommersiya Şirkəti, "Avromed Company" Qapalı Səhmdar Cəmiyyətidir.
Hər üç şirkət ilə məbləği 22 milyon 391 min 39 manat olan müqavilələr imzalanıb.
"Əliyev və K" şirkətilə 20 milyon 307 min manatlıq (anbar üçün stellajların satın alınması), "Paşa-K" Firması ilə 623 min 304 manatlıq (Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması), "Avromed Company" şirkətilə 1 milyon 461 min 544 manatlıq (Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması) müqavilə imzalanıb.
“Əliyev və K” Şəxsi istehsalat Kommersiya Şirkəti (AİK)16.11.1993 –cü il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır. Şirkət ticarət və məişət xidmətləri sferasının sahələri (super – marketlər, restoranlar, kafelər, mehmanxanalar, tibb mərkəzləri, müxtəlif əyləncə mərkəzləri və.s ) üçün nəzərdə tutulmuş avadanlıqların istehsalı, satışı, habelə idxalı və ixracı, müxtəlif servislər göstərməklə fəaliyyət göstərir. Eyni zamanda şirkətdə inşaat materialları, həmçinin təbii kirəmit dam örtükləri, tikinti müəssisələrində və müxtəlif istehsal sahələrində fəaliyyət göstərən istehsalçıların məhsullarının qablaşdırılmasında istifadəsi üçün böyük əhəmiyyəti olan penoplast istehsal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








