Azərbaycan Rusiyaya ən çox alma satan ölkələr sırasındadır
Rusiya 2014-cü ildən qüvvədə olan embarqoya baxmayaraq, dünyada ən iri alma idxalçısı olaraq qalır. Belə ki, 2016/17-ci il mövsümündə (iyul-iyun) ölkəyə alma idxalı 670 min ton təşkil edəcək. Bu, ötən illə müqayisədə 72 min ton (10%) azdır.
"Agroinvestor" agentliyinin verdiyi məlumata görə, Belarusdan tədarükün azalması, Azərbaycan, Moldova və Serbiyadan isə artması fonunda idxal azalmaqda davam edəcək.
Bir il öncə olduğu kimi, idxalın həcminə görə ikinci yeri Belarus (600 min ton), üçüncü isə Avropa İttifaqı (430 min ton) qoruyub saxlayır.
Rusiyanın özündə alma istehsalı 2016-cı ildə 1,33 mln. ton olub. Bu rəqəm 2015-ci ilin göstəricisindən 24 min ton çoxdur. Təzə alma istehlakı bu mövsüm 67 min ton azalacağı, lakin istehsalın əvvəlkitək (1,57 mln. ton) çox olacağı gözlənilir. Daha 348 min ton alma isə emala göndəriləcək.
Bütövlükdə, 2016/17-ci il mövsümündə dünya alma istehlakının 728 min ton artaraq 77,2 mln. tona çatacağı gözlənilir. Bu proqnoz ilk növbədə Çin hesabına artırılıb. Alma istehsalı üzrə dünya lideri olan Çində istehsal son 5 ildə sabit dərəcə artır və cari mövsümdə 43,5 mln. ton (ötən kənd təsərrüfatı ilindən 900 min ton çox) təşkil edib.
Proqnozlara görə, alma üzrə dünya ticarətinin həcmi Avropa İttifaqı və İrandan tədarükün azalması səbəbindən 3% - 6,17 mln. tonadək azalacaq.
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 34 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























