“Otel qruplarımız Qarabağda investisiya variantlarını qiymətləndirir”
“Bu gün bizim PAŞA Şirkətlər Qrupunun işğaldan azad edilmiş rayonların yenidən qurulmasına dəstəyin gələcək illər üçün strateji planına daxil edildiyini söyləmək bizi sevindirir. Dirçəliş prosesində prioritetləri nəzərə alaraq, müvafiq layihələr həyata keçirir, öz növbəsində bu istiqamətdə inkişaf planlarımızı müvafiq dövlət orqanları ilə razılaşdırırıq. Bir çox törəmə müəssisələrimiz artıq dirçəliş prosesində birbaşa iştirak edir”.
Marja xəbər verir ki, bunu PAŞA Holding-in Baş İcraçı Direktorunun müavini Şahin Məmmədov Qarabağın PAŞA şirkətlər qrupunun strategiyasında olan yeri və əhəmiyyəti, eləcə də orada həyata keçirilən layihələr barədə məlumat verərkən bildirib.
Şahin Məmmədov bildirib ki, hazırda holdinqin kənd təsərrüfatı şirkəti “AgroDairy” işğaldan azad edilmiş Ağdam və Füzuli ərazilərində torpaqlarda əkin işlərinin həyata keçirilməsilə məşğuldur. Eyni zamanda, özəl sərmayə qolu olan “PAŞA İnvestments” ilə Türkiyədən tərəfdaş şirkət arasında birgə müəssisə vasitəsilə Zəngilan və Cəbrayıl rayonlarında kənd təsərrüfatı və heyvandarlıq üzrə işlər həyata keçirilir:
“Yəqin ki, bilirsiniz, Bravo qələbədən az sonra Şuşada mağaza açdı ki, həmin ərazidə xidmət edən əsgər və zabitlər bütün lazımi malları rahat əldə edə bilsinlər. Eyni zamanda, otel qrupumuz investisiya portfelini nəzərdən keçirir və bölgədəki variantları qiymətləndirirlər. Bu günə kimi “Absheron Hotel Group” Ağdamda yeni otelin tikintisinə başlayıb.
Maliyyə sektoruna gəlincə, həm PAŞA Bank, həm də Kapital Bank Şuşada yeni filialların açılması üçün rəsmi icazə almaq üçün Azərbaycan Mərkəzi Bankına müraciət edəcək. “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətlərinin də Şuşada filiallarının açılması planlaşdırılır. Bundan əlavə, Kapital Bank işğaldan azad edilmiş bütün digər rayonlarda da yeni filiallar açaraq müştərilərə xidmət göstərməyi planlaşdırır. Bunlar bizim regionun dirçəlişinə töhfə vermək üçün atmağı planlaşdırdığımız konkret bizneslə bağlı addımlardır və mən əminəm ki, Qarabağ yaxın gələcəkdə təkcə ölkənin deyil, regionun mərkəzinə çevriləcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 22 d. əvvəl
-
-
47 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
49 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















