“PAŞA Bank” 27-ci Bakı Enerji Forumunun sponsorudur
Ölkə paytaxtında 1-3 iyun tarixində Bakı Enerji Həftəsi baş tutacaq.
Bu müddət ərzində 3 böyük tədbir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Enerji və Bərpa Olunan Enerji sərgiləri və “Xəzər Neft və Qaz” konfransının xələfi olan Bakı Enerji Forumu keçiriləcək. Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 27-ci Bakı Enerji Forumunun rəsmi sponsorudur. Azərbaycan iqtisadiyyatının inkişafına və cəmiyyətin tərəqqisinə öz töhfəsini verən Bank bir sıra əhəmiyyətli layihələrin tərəfdaşı qismində çıxış edib.
“Bizim üçün çox sevindirici haldır ki, “PAŞA Bank” 1-3 iyun tarixində keçiriləcək 27-ci Bakı Enerji Forumunun sponsoru qismində çıxış edir. Əməkdaşlığımızın hər iki tərəf üçün səmərəli olacağına əminliyimizi bildirir və gələcəkdə birgə fəaliyyətimizin inkişaf edəcəyinə ümid edirik”, - Bakı Enerji Forumunun təşkilatçısı olan “Iteca Caspian” şirkətinin içraçı direktoru Fərid Məmmədov qeyd edib.
“PAŞA Bank”ın idarə heyətinin sədrinin səlahiyyətlərini icra edən Cavid Quliyev forumdan bəhs edərkən bu növ genişmiqyaslı tədbirlərin keçirilməsinin özəl sektor üçün əhəmiyyətli olduğunu vurğulayıb.
“Sənaye liderləri ilə bir araya gəlmək, həm yerli, həm də xarici şirkətlərlə məlumat mübadiləsində iştirak etmək fürsəti əməkdaşlıq əlaqələrini genişləndirir. Bu isə, müştərək layihələr və yeni investisiya imkanları deməkdir. “PAŞA Bank”, real sektorun aparıcı qüvvəsi kimi bu növ layihələrdə iştirak edərək iqtisadiyyatın dayanıqlılığına töhfə verməyi hədəfləyir”, - deyə Cavid Quliyev bildirib.
Əsrin müqaviləsilə həmyaşıd olan “Xəzər Neft və Qaz” Konfransı bu illər ərzində enerji sektorunun illik tədbiri, sənayenin əsas çağırışlarının müzakirə platforması statusunu qazanmışdır. Bu ənənəni davam etdirərək, konfrans estafeti öz proqramını aktual mövzularla genişləndirən Bakı Enerji Forumuna verdi.
Forumda dünyanın 30 ölkəsini təmsil edən 400 nəfərə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir. Bu il forumun gündəliyinə “Enerji keçid dövründə: dəyişən dünyada yeni imkanlar və problemlər”, “Rəhbər şəxslərin müzakirələri. Qlobal enerji perspektivləri”, “Yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi” və s. kimi mövzular çıxarılacaq.
Bakı Enerji Forumunun proqramı ilə keçiddə tanış olmaq mümkündür: https://bakuenergyforum.az/az-programme/
Forum haqqında daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz (+99412404100) [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
35 d. sonra
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























