“MJ Financial Services” BOKT-da sıçrayış - KREDİTLƏR VƏ GƏLİRLƏRİ KƏSKİN ARTIB
“MJ Financial Services” BOKT (MJ FS BOKT) 2021-ci ili 905 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, BOKT 2020-ci ili 130 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, “MJ Financial Services”in 2020-ci ildə faiz gəlirləri 285 min manat ikən, 2021-ci ildə 2 milyon 522 min manata yüksəlib (8,8 dəfə artıb).
KREDİTLƏR ARTIB, TƏŞKİLAT BÖYÜYÜB
“MJ Financial Services”in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 2,8 dəfə artaraq 10 milyon 167 min manata çatıb. Şirkət 2020-ci ilin sonunda 3 milyon 659 min manat cəmi kredit portfelinə malik idi.
31 Dekabar 2021-ci il tarixində “MJ Financial Services” 10 milyon 292 min manat cəmi aktivlərə malik olub. BOKT 2020-ci ilin sonunda 3 milyon 838 min manat cəmi aktivlərə malik idi.
“MJ Financial Services” BOKT Camal Aydınov (70%) və Mədəd Rüstəmova (30%) məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























