Azərbaycanın neft gəlirləri gələn il proqnozdan daha çox ola bilər
Azərbaycanın neft gəlirlərinin 2017-ci ildə proqnoz edildiyindən daha çox olacağı gözlənilir. Bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Ekspertin sözlərinə görə, gəlirlərin artımı ehtimalına iki faktor təsir edə bilər: "Bunun birincisi, neft hasilatının heç də əvvəlki kimi 1,5 milyon ton (gündəlik orta hesabla 30 min barel) cıvarında azaldılması olmayacaq. Hökumətin proqnozlarına görə, 2017-ci il üçün 39 mln 796,9 min ton neft hasilatı gözlənilir. Bu, isə cari illə bağlı korrektə edilmiş neft proqnozundan 948 min ton azdır".
İ. Şaban bildirib ki, ikinci faktor isə qiymətlərlə bağlıdır: “2017-ci il üçün həm dövlət büdcəsinin, həm də Dövlət Neft Fondunun gəlirləri neftin orta illik ixrac qiyməti 1 barel üçün 40 dollardan hesablanıb. Gələn il üçün neft qiymətlərinin proqnoz göstəriciləri investisiya bankları, enerji agentlikləri, maliyyə qurumları və hasilatçı şirkətlər tərəfindən hal hazırda 50-65 dollar arasında qiymətləndirilir. Daha real qiymətləndirməni isə neft şirkətləri irəli sürürlər – təqribən 53-55 arasında. Yəni bu qiymətin aşağı sərhədi belə neft gəlirlərimizin proqnoz göstəricilərindən 32,5% çoxdur”.
Ekspert vurğulayıb ki, cari ildə Azərbaycan neftinin orta ixrac qiyməti təqribən 45 dollar çıvarında olub (ötən il 54,30 dollar idi): "Ona görə də neft hasilatının azalması faktiki olaraq neft qiymətlərinin artımı ilə kompensasiya edilə bilər. Bunun üçün cari ildəki faktiki qiymətdən 23% qiymət artımı kifayət edər".
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
7 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
7 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
















.jpg)




.jpg)
