Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ
17 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108013944 ISIN-li, 40 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 93.7625 (7 %) və 98.2895 (5.9%) manat olan 16 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.8298 (6.49%) manat, orta ölçülmüş qiyməti 97.4452 (6.1%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 milyon 746 min 600 manat, yerləşdirilmiş həcmi isə 39 milyon 137 min 600 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 11 may 2027-ci ildir.
Hərrac iştirakçıları 18 may 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























