Azərbaycanın 48 bələdiyyəsinə 60 min avroyadək qrant udmaq imkanı yaranıb
Aİ və BMT İP "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" layihəsi çərçivəsində Azərbaycanda üzv olan bələdiyyələri üçün açıq müsabiqə elan edir. Azərbaycan bələdiyyələri "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" layihəsi çərçivəsində inkluziv iqtisadi inkişafı təşviq etmək üçün innovativ yollar axtarışındadır.Azərbaycan Respublikasının "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" şəbəkəsində birləşmiş 48 bələdiyyəsi 60000 avro məbləğində qrant imkanı təmin edəcək "İllik maraqların ifadə olunması üzrə portfel müsabiqəsi" və "İllik innovasiya təklifləri üçün müsabiqə"də iştiraka dəvət olunur.
Proqram Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) ilə tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı tərəfindən 2022-ci il martın 14-də həyata keçirilməyə başlanılan "İqtisadi İnkişafı dəstəkləyən Bələdiyyə Sədrləri" (M4EG) layihəsinin tərkib hissəsidir.
Şərq Tərəfdaşlığı ölkələrinin şəhərlərinə yönəlmiş proqram yerli şəraitə uyğunlaşdırılmış innovativ inkişaf strategiyalarının işlənib hazırlanması üzrə təlim və bilik mübadiləsi təklif edir. Aİ və BMT İP bələdiyyələrə yeni nəsil Yerli İqtisadi İnkişaf Planlarının (YİİP) işlənib hazırlanmasında, strateji təfəkkürün təşviqində və şəhərlərin dayanıqlığının gücləndirilməsində kömək göstərəcək.
M4EG Proqramı cari mərhələdə bələdiyyələrə pandemiya böhranının yaratdığı kəskin qeyri-müəyyənliklərin aradan qaldırılması, dayanıqlı və inkluziv inkişaf və iqtisadi rifah üçün yeni imkanların yaradılmasında yardım edilir. Proqram çərçivəsində yerli hakimiyyət orqanları və icmalarla sıx əməkdaşlıq mühitində inkişafa innovativ yanaşmalar araşdırılır və proqramın şəbəkəsinin genişləndirilməsi üçün yeni yollar axtarılır.
Həm "İllik maraqların ifadə olunması üzrə portfel müsabiqəsi", həm də "İllik innovasiya təklifləri üçün müsabiqə" 30 iyun 2022-ci il tarixində başa çatacaq. Özündə öyrənmə, imkanlar, resurslar və eksperimentləri birləşdirən və birlikdə transformativ dəyişikliyə aparan yanaşmanın - pilot portfel layihəsinin - hazırlanması və sınaqdan keçirilməsi üçün maksimum iki bələdiyyə seçiləcək. Digər finalçı bələdiyyələr layihə təkliflərini "Şəhərin transformasiyası: Şəhər həyatının yenidən şəkilləndirilməsi" illik innovasiya müsabiqəsinə təqdim etməyə dəvət olunacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
44 d. əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
13 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
13 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
14 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb











.jpg)








.jpg)



