Azərbaycanın xəmir mayası şirkətinin gəliri azalıb
Xəmir mayası “Azər Maya” ASC 2021-ci ili 29 min 242 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 132 min 879 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azər Maya”nın xalis mənfəəti 4,5 dəfə azalıb.
Marja.az xəbər verir ki, “Azər Maya”nın satışdan gəliri 2020-ci ildə 2 milyon 779 min 470 manat ikən, 2021-ci ildə 2 milyon 350 min 357 manata düşüb (15,4% azalıb). Satışın maya dəyəri isə 2 milyaon 666 min 331 manatdan 2 milyon 323 min 667 manata geriləyib (12,8% azalıb)
31 Dekabr 2021-ci il tarixində “Azər Maya” ASC 1 milyon 522 min 461 manat cəmi aktivlərə malik olub. ASC 2020-ci ilin sonunda 3 milyon 289 min 179 manat cəmi aktivlərə malik idi (aktivləri 2,2 dəfə azalıb).
"Azər Maya" ASC preslənmiş xəmir mayası istehsal edir.
29 mart 2022-ci il tarixində “AzərMaya” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəyi açıqlanmışdı. Gündəlikdəki məsələlər - “Azər-Maya” ASC-nin 2021-ci il üçün maliyyə hesabatı və “Azər-Maya” ASC-nin ləğvi idi.
"Azər-Maya" ASC səhmdarlarının ötən il fervalın 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul olunmuş qərara uyğun olaraq yeni şirkət yaradıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azər-Maya İstehsal" QSC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkət "Azər-Maya" ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3 105-ci məhəllədə qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1 milyon 761 min 150 manat, qanuni təmsilçisi isə Məmmədov Rüfət Əhədağa oğludur. O, həm də "Azər-Maya"nın İdarə Heyətinin sədridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








