ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini də yenilədi
ABB-nin xidmət ofislərinin Bankın yeni inkişaf konseptinə uyğun qurulması davam etdirilir.
Bankın Şamaxı filialı və “Azəriqaz” şöbəsi də yeni konseptdə müştərilərin istifadəsinə verilib. Şamaxı filialı Şamaxı şəhəri, Heydər Əliyev prospekti - 51 ünvanında, yeni inşa edilmiş binada xidmət göstərir. “Azəriqaz” şöbəsi isə Bakı şəhəri, Yusif Səfərov küçəsi – 23 ünvanında fəaliyyətdədir.
Şamaxı filialı və “Azəriqaz” şöbəsində müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Xidmət ofislərinin profilindən asılı olaraq fərdi və korporativ müştərilər müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib:
“ABB xidmət ofislərini yeni brend kimliyinə uyğunlaşdırmaqla, müştərilərə daha rahat və əlçatan bank məhsulları və xidmətləri təklif etməyə çalışır. Bu istiqamətdə apardığımız fəaliyyət ilk növbədə üst səviyyədə müştəri məmnuniyyətinə nail olmağı və təmsil olunduğumuz yerlərin inkişafına töhfə verməyi hədəfləyir. Bu il ərzində yenilənmiş konsepsiyaya uyğun daha bir neçə filialımızın müştərilərin istifadəsinə verilməsi nəzərdə tutulub”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























