Agentlikdə günəş panelləri və batareyaları istehsal edən İspaniya şirkətilə müzakirələr aparılıb
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev, İspaniyanın “Factorenergia S.A.” şirkətinin baş icraçı direktoru Emili Rousaud Pareslə görüş keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, görüşdə İspaniya şirkətlərinin sənaye zonalarında investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İZİA-nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, mövcud imkanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarının iqtisadi, nəqliyyat-tranzit potensialı barədə məlumat verib, İspaniyadan olan iş adamlarını sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edib.
Qeyd edək ki, “Factorenergia S.A.” şirkəti 1999-cu ildə təsis edilib və İspaniyanın ilk müstəqil enerji satışı müəssisəsidir. Hazırda şirkət enerji xidmətlərinin göstərilməsi, günəş panellərinin və batareyalarının, təbii qaz və elektrik şarj cihazlarının istehsalı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























