Yığım və ödənişləri azalan sığorta şirkətləri
2022-ci ilin 4 ayı üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin maliyyə vəziyyəti məlum olub.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında 20 sığorta şirkətindən 14-nün sığorta yığımları artıb, 6-nın yığımları isə azalıb. Bu dövrdə 12 sığorta şirkətinin ödənişləri artıb, 7 sığorta şirkətinin ödənişləri azalıb və 1 sığorta şirkəti isə ödəniş həyata keçirməyib.
Faizlə ən böyük artım dinamikası “Aqrar Sığorta” və “Meqa Həyat Sığorta” şirkətlərində qeydə alınıb - 3,1 dəfə. “Bakı Sığorta” isə 69% artım dinamikası ilə üçüncü olub.
Artımın həcminə görə, “PAŞA Həyat” sığorta şirkəti 37,7 milyon manat göstərici ilə liderdir. Siyahıda ikinci olan “PAŞA Sığorta”nın yığımları ötən ilin eyni dövrünə nisbətən 8,8 milyon manat, “Xalq Sığorta”nın yığımları isə 3,2 milyon manat artıb.
Yığımları azalan şirkətlər isə “Azərsığorta” (91,7%), “Atasığorta” (65%), “Günay Sığorta” (41,8%), “İpək Yolu Sığorta” (14,2%), “Azsığorta” (8,5%) və “Meqa Sığorta” (7,3%) olub.
Sığorta ödənişlərinin faizlə artım dinamikasına görə lider “Bakı Sığorta” (4,5 dəfə çox) olub. “Aqrar Sığorta”nın ödənişləri 100%, “Xalq Həyat”ın ödənişləri isə 79% artıb.
Bu dövrdə ödənişlərin məbləğinə görə, ən böyük artım “PAŞA Sığorta”da qeydə alınıb - 5,2 milyon manat. “Xalq Sığorta”nın ödənişləri 998 min manat, “A-Qroup Sığorta”nın ödənişləri isə 752 min manat artıb.
Ödənişləri azalan sığorta şirkətləri isə “İpək Yolu Sığorta” (75%), “Azərsığorta” (73,6%), “PAŞA Həyat” (72,7%), “Atəşgah Həyat” (48,3%), “Qala Həyat” (45%), “Azsığorta” (30,5%) və “Atasığorta” (14,1%) olub. “Meqa Həyat” sığorta şirkəti isə bu dövrdə hər hansı bir ödəniş həyata keçirməyib.

KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























