"Mənim şirkətimi, zavodumu dağıdıb talan etdilər"
"Mənim şirkətimi, zavodumu dağıdıb talan etdilər. Amma mən əminəm ki, möhtərəm Prezidentimizin, dövlətimizin də dəstəyilə qısa zamanda əvvəlkindən də daha yaxşısını qurub yaradacağam. Mən buna söz verirəm. Kollektivim ilə birlikdə Kəlbəcərdə qurub yaradacağım işləri görəcəksiniz".
Marja.az xəbər verir ki, bunu əfv sərəncamı ilə 22 il sonra azadlığa çıxan Şəmsi Səmədoğlu (Şəmsi Səmədzadə) bildirib.
O, "mən həbs olunanda şirkətimin 2700 nəfər işçisi var idi", - deyib.
İş adamı "Səmədoğlu Atatürk" şirkətinə rəhbərlik edib.
Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. Yerli mediada, Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb. Onun "Zakir Qaralova vurduğu 2 qapaza görə 22 ildir həbsdə yatan iş adamı" olduğu qeyd edilir. Bildirilir ki, Zakir Qaralov Şəmsi Səmədzadəni "aylığa otuzdurmaq" istəyib, Şəmsi isə Qaralovun istəyini rədd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























