Mastercard-ın proqramına qoşulan ilk Azərbaycan startapı
SmilePay Mastercard Start Path akseleratoruna qoşulan ilk Azərbaycan startapıdır!İlk addımlarını atan biznesləri dəstəkləmək üçün Mastercard tərəfindən Start Path proqramında iştirak edəcək səkkiz yeni startap seçilib. Proqram öz xidmətlərini sınaqdan keçirmək üçün inkişafın son mərhələsində olan startaplara öz müştəri bazasına çıxış imkanı verir.
Proqramda iştirak üçün seçilmiş startaplar bunlardır: Dodo, Flow Networks, Hi, KaiOS, Kani Payments, NowNow, Sharesies və SmilePay. Şirkətdən verilən məlumata görə, ABŞ, Böyük Britaniya, Sinqapur, Nigeriya, Azərbaycan, Avstraliya və Yeni Zelandiyadan olan şirkətlər borc pul, ödəniş məlumatlarının idarə edilməsi, investisiya və üz tanınması da daxil olmaqla, bir sıra xidmətlər təqdim edir.
Azərbaycandan olan SmilePay startapı qrupun uğurlu üzvlərindən birinə çevrilib. Tətbiq pərakəndə satış və e-ticarətdə istifadə üçün bütöv ödəniş prosesini cihazsız və nağdsız əməliyyatlara daşıyan üz tanıma texnologiyasına əsaslanan yeni nəsil ödəniş həlli təqdim edir.
“2014-cü ildə təsis edildiyi vaxtdan bəri Start Path proqramında 300-dən az startap iştirak edib. Biz Mastercard Start Path akselerator proqramına qoşulan ilk Azərbaycan startapı kimi pərakəndə satış və e-ticarət üçün üz tanıma vasitəsilə ödəniş həlli olan SmilePay-i təqdim etməkdən məmnunuq. Bundan sonra istehlakçılar 2500-dən çox mərkəzi (nodal) nöqtədən istifadə edərək üzlərini qeydiyyatdan keçirə, debet kartları, loyallıq kartlarını əlavə edə və təbəssümlərindən istifadə edərək 1000-dən çox məkanda və həmçinin onlayn qaydada ödəniş edə bilərlər,” deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə ölkə meneceri Avşar Gürdal bildirib.
“SmilePay proqramı ilə siz indi kassada növbə gözləmədən asanlıqla ödəniş edə bilərsiniz. Biz bunu sizin üçün ən rahat, ən sürətli və təhlükəsiz ödəniş üsuluna çevirmək niyyətindəyik”, o əlavə edib.
Whelp, Inc. və SmilePay, LLC:Chatbots & Fintech-in baş icraçı direktoru Seymur Rəsulov, öz növbəsində qeyd edib ki, MasterCard Start Path proqramı Smilepay.az üçün xəyalların gerçəkləşdiyi məkanıdır.
“1500+ müraciət arasında biz bu 8 komandalıq qrupunun bir hissəsi olmaq şərəfinə layiq görüldük. Mastercard Start Path bizim üçün yeni qapılar açacaq, nou-hau (know-how) təqdim edəcək və biz regionda böyümə və genişlənmə üçün ömürlük tərəfdaş əldə edirik. SmilePay ən qabaqcıl üz tanıma texnologiyalarının birindən istifadə edir və yerli ən aşağı ödəniş haqqı ilə cihazsız, nağdsız həll yolu kimi yerli bazara daxil olur. MasterCard-ın dəstəyi və ölkənin ən böyük ərzaq mağazaları şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində SmilePay 5 may 2022-ci il tarixindən etibarən 500-dən çox terminalda keçərlidir”, - deyə Rəsulov bildirib.
Ehtiyacınız olan tək şey mobil tətbiqi yükləmək, üzünüzü tanıtmaq, kartınızı əlavə etmək və yeni nəsil ödənişlərdən zövq almaqdır. Dostlarınızı dəvət edib bonuslar da qazana bilərsiniz.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 33 d. əvvəl
-
42 d. əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
-
1 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
2 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb






.jpg)









.jpg)








