"Gəlirli sahədir. Hektara 40-50 ton yaxşı məhsul verir”
Masallıda açıq sahələrdə yetişdirilən çiyələyin dəriminə başlanılıb. İki ildir əkilən yeni sortlar xarici bazarlara da çıxarılır.
Masallının Şərəfə kənd sakini, fermer Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk, sarımsaq və digər kənd təsərrüfatı bitkiləri əkir. Bu il 3 hektar sahədə dadlı, ətirli “Samra” adlanan çiyələk sortu yetişdirib. Bir neçə gündür sahələrdə məhsul yığılır. Fermer deyir ki, “Samra” sortu yaxşı məhsuldardır: “Baxmayaraq ki, mart ayında yağmurlu keçən havalarda selbasmalar oldu, müəyyən qədər sahələrimizə ziyan dəydi. Amma sahəni dirçəldə bildik, lazımi aqrotexniki qulluq elədik. Gördüyünüz kimi, məhsuldarlıq da yaxşıdır”.
İki ildir əkilən yeni sortlar artıq xarici bazara çıxış imkanları da yaradıb. Bu mövsüm Rusiya və digər MDB ölkələrinə hələlik parniklərdə yetişdirilən çiyələk göndərilir.
Çiyələk əkini ilə məşğul olan Rafiq Abbasov da eyni sort çiyələk əkib. “Çiyələkdə belə bir xüsusiyyət var. Buna yağış, su, şeh dəydikdə xarici bazara çıxarmaq risklidir. Daxili bazarda isə Bakı ilə yanaşı, bütün bölgələrə göndərilir. Bu gün Bərdəyə, Xaçmaza çiyələk göndərmişəm. Havalar isindikcə çiyələk də böyüyür, dadı, iyi daha yaxşı olur. Xarici bazarlara da məhsul çıxarırıq”, - deyə fermer bildirir.
Onun sözlərinə görə, torpağı sevə-sevə əksən, bir ailənin 1 illik dolanışığını torpaqdan çıxarmaq olar.
Gənc fermer Əmrah Abbasov da torpağa bağlanıb. O da bir neçə ildir çiyələk yetişdirir: “İlk vaxtlarda əmimlə birgə əkib-becərirdim. Sonra gəlirli sahə olduğu üçün bu işlə özüm tək məşğul olmağa başladım. Keçən il təxminən 1 hektar sahədə əkmişdim. Bu il 2 hektara çatdırmışam. Gəlirli sahədir. Əkin yerini gələn il də artıracağam. Hektara 40-50 ton yaxşı məhsul verir”.
Ötən il Masallıda hektara 23 ton olmaqla, 5 min tona yaxın çiyələk tədarük edilib. Builki çiyələk yığımı isə hava şəraitindən asılı olaraq noyabr ayınadək davam edəcək.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















