PAŞA Kapital İnvestisiya Şirkəti 2021-ci ili mənfəətlə başa vurub
"PAŞA Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb. Ötən il üçün şirkətin xalis mənfəəti 2 milyon 461 min manat təşkil edib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, şirkətin əməliyyat gəliri 4 milyon 663 min manat olaraq qeydə alınıb, bu da ötən il ilə müqayisədə 7% artım olduğunu göstərib. Artım, əməliyyat gəlirinin 21%-ni təşkil edən xalis faiz gəlirinin 104% artması ilə əlaqədardır. Qeyri-faiz gəlirləri 2020-ci illə müqayisədə 4% azalma nümayiş etdirmişdir. Qeyri-faiz gəlirlərinin tərkibində əməliyyat gəlirlərinin xüsusi çəkisi 80% təşkil etmişdir.
Şirkətin faiz gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 118% artaraq 1 milyon 727 min manata, faiz xərcləri isə 2021-ci ildə ötən il ilə nisbətdə 318 min manatdan 761 min manata yüksəlib.
Qeyri-faiz gəlirlərinin 51% hissəsi 1 milyon 921 min manat olmaqla xidmətlərə görə alınan ödənişlər və komissiya gəlirlərindən formalaşmışdır. Qiymətli kağızların satışı və yenidən qiymətləndirilməsi üzərindən qazanılan gəlir 1 milyon 816 min manat olmuşdur ki, bu da qeyri-faiz gəlirlərinin 49%-ni və ümumi əməliyyat gəlirlərinin 39%-ni təşkil edib.
Məlumatda qeyd edilib ki, qeyri-faiz xərcləri 2021-ci ildə əvvəlki ilin göstəricisinə əsasən (873 min manat) 80% artaraq, 1 milyon 569 min manata yüksəlib. Şirkətin qeyri-faiz xərclərinə işçi heyəti, əməliyyat xərcləri, amortizasiya xərcləri və xarici valyuta üzrə gəlir yaxud zərər daxil edilib.
2021-ci ildə şirkətin ümumi kapitalı 39% artaraq 7 milyon 765 min manata çatıb.
31 dekabr 2021-ci il tarixinə 86 milyon 448 min manat şirkət aktivləri qeydə alınıb ki, bu da ötən il ilə müqayisədə 32 milyon 494 min manat və ya 166% çoxdur.
Şirkətin ədalətli dəyərlə tanınan ticarət və investisiya qiymətli kağızları 31 dekabr 2021-ci il tarixinə 23 milyon 156 min manat təşkil edib.
"PAŞA Kapital İnvestisiya Şirkəti" öz müştəri bazasını genişləndirməkdə davam edir. Şirkət yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etməklə yanaşı, uzun illər ərzində möhkəm müştəri əlaqələri qurmaqla, loyal müştəri portfelinə malikdir. 31 dekabr 2021-ci il tarixinə şirkətin öncədən alınmış avans məbləğləri əvvəlki il ilə müqayisədə 274% artaraq 19 milyon 481 min manat təşkil edib.
2021-2023-cü illər strategiyası çərçivəsində şirkət, Azərbaycan bazarında lider mövqeyini qorumaqla müştərilərə rəqabətqabiliyyətli və qabaqcıl məhsullar təklif edərək daha yüksək bazar payı tutmağı qarşısına məqsəd qoymuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















