"Quba-Qusar-Xaçmaz bölgəsinə istirahətə gedənlərin sayında azalma var"
Əhməd Qurbanov: Otellər yay fəslinə tam hazırdırŞamaxı, İsmayıllı, Qəbələ və Oğuz bölgəsi paytaxta daha yaxın olduğu üçün insanlar bu yerlərdə qısamüddətli, həftəsonu turlara üstünlük verirlər. Bu il də düşünürəm ki, adını çəkdiyim bölgə turistlərin marağına səbəb olacaq. Hazırda Bakı-Quba magistral yolu təmirdə olduğu üçün Quba-Qusar-Xaçmaz bölgəsinə istirahətə gedənlərin sayında azalma var.
Bu fikri Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov açıqlamasında deyib.
Onun sözlərinə görə, uzunmüddətli turlarda iştirak etmək istəyən insanlar daha çox uzaq bölgələrə - Qax, Zaqatala, Balakən zonasına səfər edirlər. O yerlərin havası, təbiəti insanları özünə cəlb edir.
Yaxın günlərdə ölkəyə kütləvi turist axınının olacağını deyən Əhməd Qurbanov diqqəti Formula-1 yarışlarına çəkib: “Bölgələrdə apardığımız monitorinqlər zamanı görürük ki, otellər yay fəslinə tam hazırdır. Bakıdakı mehmanxanalar da artıq öz işlərini bərpa ediblər. Qarşıdan Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqası yarışı gəlir. Bu səbəbdən də xarici turistlər paytaxtda gecələməyə üstünlük verəcəklər.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























