"Masdar" Azərbaycandakı layihələrini genişləndirilməsi ilə bağlı hökumətlə müzakirələrə başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti (Abu Dhabi Future Energy Company) Azərbaycandakı layihələrini genişləndirilməsi ilə bağlı hökumətlə ilkin müzakirələr aparır.
Bunu “Masdar" şirkətinin Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya Departamentinin rəhbəri Abdulla Zayed bildirib.
A.Zayed deyib ki, “Masdar” şirkəti günəş və külək enerjisi ilə bağlı layihələrin icrasında maraqlıdır: "Həmçinin Azərbaycanda hidrogendən istifadə imkanlarını da araşdırmaq istəyir. Bununla yanaşı, biz dövlətin bərpa olunan enerji ilə bağlı hədəflərinə çatmasında və qlobal iqlim dəyişikliyi çərçivəsində karbon dioksidini kompensasiya etməkdə hökuməti dəstəkləməyə hazırıq. “Masdar” şirkəti olaraq, bərpa edilən enerji sektoru ilə bağlı gələcək layihələrin hazırlanmasında hökumətə öz dəstəyimizi təklif edirik. Biz Azərbaycan bazarını sevirik, hökuməti ilə əməkdaşlıqdan məmnunuq. Beləliklə, biz çox işlər, layihələr həyata keçirmək istəyirik. Lakin bu hökumətin qərarından asılıdır. Əgər Azərbaycanda çox iş həyata keçirməyə icazə verilsə, biz hazırıq”.
Onun sözlərinə görə, “Masdar” şirkəti Azərbaycanla əlaqələrini və hazırda ölkədə icra etdikləri layihəni 2018-ci ildən inkişaf etdirməyə başlayıb: “Bu layihə Qaradağda inşa edilən 230 MVt gücündə günəş elektrik stansiyasıdır. Layihənin icra müddəti 18 aydır, günəş elektrik stansiyasının inşası növbəti ilin sonuna qədər tam formatda tamamlanacaq”.
A.Zayed deyib ki, Azərbaycanın Energetika Nazirliyi Qaradağda icra edilən layihənin inkişafında maraqlıdır: “Biz bu layihələrdə böyük inkişaf, nailiyyət əldə etmişik. “Masdar” şirkəti olaraq Azərbaycanda bötük potensial görürük. Biz Azərbaycanda çox işlər görmək istəyirik”.
Xatırladaq ki, investisiya dəyəri 250 milyon ABŞ dolları olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini həyata keçirən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 26 d. əvvəl
-
-
50 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
54 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
























