"Yüksək qiymətlər "yaşıl enerjiyə" dəstəyi sarsıda bilər"
"Bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi Avropadakı istehlakçılar üçün bir çox problem yaradır".Qismən Avropa ölkələrinin Rusiya qazından uzaqlaşması ilə əlaqədar Avropada artan enerji qiymətləri uzunmüddətli perspektivdə bərpa olunan enerji mənbələrinə keçid üçün ictimai dəstəyi zəiflədə bilər.
Marja xəbər verir ki, Chevron-un sədri və baş icraçı direktoru Mayk Wirth bu fikri çərşənbə axşamı Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində bildirib.
Ondan, Rusiya qazından imtina etmək və tədricən bərpa olunan enerji mənbələrinə keçmək istəklərini bəyan edən Avropa İttifaqı (Aİ) ölkələrinin indiki addımları ilə bağlı hansı imkanlar və risklər gördüyü soruşulub. Wirth-in sözlərinə görə, bu baxımdan, hazırda "bir qədər paradoksal vəziyyət müşahidə olunur". Bir tərəfdən, Avropada çoxları “bərpa olunan enerji mənbələrinə keçidin” sürətləndirilməsini və ənənəvi yanacaqlardan asılılığın azaldılmasını dəstəkləyir. "Digər tərəfdən, vəziyyətin qısa müddətdə daha da pisləşməsi riski var ki, bu da bu ölkələrdə istehlakçılar üçün xeyli çətinliklər yaradır", - Chevron-un direktorlar şurasının sədri bildirib.
"Məni ən çox narahat edənlərdən biri seçicilərin uzunmüddətli dəstəyini sarsıda biləcək enerji keçid planları ilə əlaqələndirməyə başladığı yüksək qiymətlər dövrüdür. Başqa sözlə, insanlar deyirlər ki, əgər Avropada benzinin qiyməti 5 dollar, dizelin qiyməti 6 dollar, qazın qiyməti isə 10 dollar və ya daha yüksəkdirsə, o zaman biz tam əmin deyilik ki, belə bir keçidin tərəfdarıyıq. Onlar normal həyatlarını yaşayırlar və bir çox onilliklərdə planetdə temperaturun necə olacağına diqqət yetirmirlər. Və bu, yeni enerji mənbələrinə keçid üçün lazım olan ictimai dəstəyi sarsıda bilər”, - Wirth bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 42 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb






.jpg)










.jpg)




