“PAŞA Bank”ın dəstəyi ilə Azərbaycanda yeni metal istehsalı zavodu işə salınıb
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” qeyri-neft sektorunda biznesin inkişafını dəstəkləməklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, iyun ayının 3-də “PAŞA Bank”ın maliyyə dəstəyi ilə Sumqayıt şəhərində yerləşən polad pəstah istehsalı zavodu istifadəyə verilib. Yeni müəssisənin işə salınması həm yerli bazarın ehtiyaclarının qarşılanmasında, həm də ixracat baxımından böyük əhəmiyyət kəsb edir. Regionda metal məmulatlarının istehsalı və satışı üzrə ixtisaslaşan “Unimetal MMC”yə məxsus olan müəssisənin ən müasir avadanlıqlarla təchiz olunması istehsal prosesini ətraf mühitə dəyən zərərin minimuma endirilməsi ilə həyata keçirməyə imkan verir.
“PAŞA Bank”ın idarə heyətinin sədri səlahiyyətlərini icra edən Cavid Quliyev Bank ilə “Unimetal MMC” arasındakı əməkdaşlığın nəticəsində yeni müəssisənin işə salınmasını ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün növbəti uğurlu addım hesab edir.
“Fəaliyyətinin 15-ci ilini qeyd edən “PAŞA Bank” milli iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verməyi və real sektorun dayanıqlı inkişafının təmin edilməsi üçün bütün zəruri tədbirlərinin həyata keçirilməsini davam etdirməyi planlaşdırır. Nəinki ölkəmizin, həm də regionun metal məmulatlarının aparıcı istehsalçısına çevrilən “Unimetal MMC” ilə əməkdaşlığımız da bunun bariz nümunəsidir. Əminəm ki, bu əməkdaşlıq daha böyük təşəbbüslərə yol açacaqdır”, - deyə Cavid Quliyev bildirib.
Qeyd edək ki, “Unimetal" MMC Azərbaycanda tikinti, maşınqayırma, kənd təsərrüfatı, neft-qaz və digər sahələr üçün müxtəlif çeşidli metal məhsulların, eləcə də konstruksiyaların təchizatçısıdır. Şirkət Azərbaycanın 30-dan çox rayonunda distribütor şəbəkəsinə sahibdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























