Sığorta Fondu: "Bu il Azərbaycanda 67- 68 min hektar əkin sahəsinə ziyan dəyib"
Bu ilin əvvəlindən havaların qeyri-sabit keçməsi, gözlənilməyən hadisələrin olması nəticəsində 67-68 min hektar əkin sahəsinə ziyan dəyib.
Bu barədə jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
F.Sadıqov dəyən zərərin 4 032 əkin sahəsini əhatə etdiyini bildirib:
“Zərər dəymiş əkin sahələri Şəki-Zaqatala, cənub bölgələrində, Aran rayonları və digər müxtəlif ərazilərdə yerləşir. Elə Qobustan və Şəkinin özündə qasırğa, fırtına nəticəsində əkin sahələrinə kifayət qədər iri həcmli zərər dəyib.
Hazırda bu ziyanın qiymətləndirilməsi aparılır. Qeyd edim ki, aqrar sığorta mexanizmi çərçicəsində zərərlərin qiymətləndirilməsi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, hadisə baş verən kimi bizə bildirilir və Fondun sahəvi mütəxəssisləri hadisə yerinə gedir, hadisəni qeydə alır, lazımi məlumatlar toplayır. İkinci mərhələdə isə hansı ərazilərə nə qədər zərər dəydiyi qiymətləndirilir".
Fond sədrinin sözlərinə görə, zərərlərin düzgün qiymətləndirilməsi üçün Türkiyənn TARSİM təşkilatına müraciət edib onlardan ekspert dəstəyi istədik: "Onlar da bizə tam dəstəyi verib. Azərbaycana Türkiyədən 10 yüksək səviyyəli, peşəkar mütəxəssis gəlib ki, onlar ölkəmizdə zərər dəymiş əraziləri qarış-qarış gəzir və zərərləri fermerlərimizlə birgə araşdırıb təhlil edirlər. Düşünürəm ki, qiymətəndirmə iyun ayının sonuna qədər bitəcək və iyul-avqust ayları ərzində fermerlərimizə ödənişlər edəcəyik”.
F.Sadıqov əlavə edib ki, aqrar sığorta mexanizmi çərçivəsində ölkədə əkinə yararlı ərazilərin 287 min hektarı tərəfimizdən sığortalanıb: "Bu da ölkə üzrə ümumi əkin ərazilərinin 15 %-i, buğda və arpa əkilən ərazilərin isə 30 %-i deməkdir”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























