Ötən il "Optimal Elektronika"nın cəmi gəlirləri 100 milyon manatı keçib
"Optimal Elektronika" MMC 2021-ci ili 1 milyon 747 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 2 milyon 413 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Optimal Elektronika"nın xalis zərəri 666 min manat və ya 27,6% azalıb.
Marja.az xəbər verir ki, 2020-ci ildə "Optimal Elektronika"nın əsas əməliyyat gəlirləri (satış) 106 milyon 583 min manat ikən, 2021-ci ildə 96 milyon 128 min manat təşkil edib.
Ötən il "Optimal Elektronika"nın - satışdan gəlirlər, icarədən gəlirlər, maliyyə gəlirləri və digər gəlirlər daxil cəmi gəlirləri 100 milyon 6 min manat təşkil edib (2020-ci ildə 113 milyon 411 min manat).
2021-ci ildə "Optimal Elektronika"nın 100 milyon 6 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 101 milyon 753 min manat təşkil edib. 2020-ci ildə şirkətin cəmi xərcləri 115 milyon 824 min manat təşkil etmişdi.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2021-ci il tarixində "Optimal Elektronika" MMC 126 milyon 763 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 96 milyon 339 min manat cəmi aktivlərə malik idi.
2020-ci ildə 38 milyon 844 min manat təşkil etmiş qısamüddətli debitor borclar 2021-ci ilin sonunda 41 milyon 119 min manata çatıb.
Ötən il "Optimal Elektronika"nın nizamnamə kapitalı 4 dəfə artırılaraq 2020-ci ilin sonundakı 2 milyon 885 min manatdan 11 milyon 485 min manata yüksəldilib. "Optimal Elektronika" MMC-nin 100%-i Əsgərov Əhəd Tofiq oğluna məxsusdur.
Ötən ilin sonunda "Optimal Elektronika"nın işçilərinin sayı 1184 nəfər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















