Azərbaycanda büdcəsi 10 milyon dollardan çox olan Vençur Kapital Fondu yaradılacaq - YENİLƏNİB
Fondun təsis olunmasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi , “PAŞA Holding” Şirkətlər Qrupu və fərdi sahibkarlar vəsait ayıracaq. 7 il ərzində 150 yerli və regional startaplara investisiya yatırılması planlaşdırılır.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holding” Şirkətlər Qrupunun və yerli investorların iştirakı ilə birgə Vençur Kapitalı Fondunun yaradılması nəzərdə tutulur.
Vençur Kapitalı Fondunun büdcəsinin ilk mərhələdə 10 milyon dollardan çox olması planlaşdırılır.
Sözügedən fond 7 il ərzində maliyyə texnologiyaları, təhsil texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, bulud texnologiyaları, pərakəndə satış, e-ticarət və oyun sənayesi kimi sektorlarda ümumilikdə 150 yerli və regional startaplara investisiya yatırmağı planlaşdırır. İnvestisiya prosesi ölkədə həyata keçirilən inkubasiya və akselerasiya proqramlarının təhlili əsasında icra ediləcək.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun təsisçiləri və 25 üzvü ilə görüşüb. Görüşün keçirilməsində məqsəd "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun fəaliyyəti, hazırda görülən və planlaşdırılan işlər barədə məlumat vermək olub. Görüş zamanı Klubun həmtəsisçisi Fərid İsmayılzadə təqdimatla çıxış edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























