Bayden neft şirkətlərinə məktub yazıb
ABŞ prezidenti Co Bayden ölkədə rekord qıran benzin qiymətlərinin orta hesabla 5 dolları keçməsilə əlaqədar olaraq neft şirkətlərinə məktub yazaraq hasilatı artırmağa çağırıb.ABŞ Prezident Co Bayden ölkədəki benzinin qiymətləri ilə bağlı ölkənin ən böyük neft tədarükçüsü olan ExxonMobil, Chevron, BP və Shell kimi şirkətlərə məktub yazıb.
Marja xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bu yana ölkədə benzin qiymətlərinin orta hesabla 1,70 dollar artdığına diqqət çəkən Bayden, Amerika xalqının yaşadığı maliyyə çətinliklərinin səbəbkarının Rusiya prezidenti Vladimir Putinin olduğunu qeyd edib.
Bayden, bu prosesdə neft emalı zavodlarının mənfəət marjasındakı rekord artımın ictimaiyyət üzərində iqtisadi təzyiqi artırdığını vurğulayaraq, "Şirkətlərinizin hələ də hasilatı və benzin, dizel və digər neft emalı məhsullarının istehsalını artırmaq üçün təcili addımlar atmaq şansı var" ifadələrini işlədib.
Məktubunda Bayden bildirib ki, o, tezliklə bütün federal səlahiyyətlərindən neft emalı zavodlarının gücünü artırmaq üçün istifadə edəcək.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















