Azərbaycanın İtaliyaya ixrac etdiyi fındıq geri qaytarılıb
Azərbaycana məxsus şirkətlərin bir qədər əvvəl İtaliyaya ixrac etdiyi fındıq geri qaytarılıb.
Bu barədə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyindən bildirilib.
Məlumata görə, buna səbəb yerli fermerlərin həmin məhsulların saxlanma şəraitinə düzgün əməl etməməsi və son nəticədə fındığın tərkibində aflatoksin adlı maddənin çox olmasıdır.
Maraqlıdır ki, son günlər Bakıdakı marketlərdə satılan qabıqlı fındığın qiymətində kəskin azalma müşahidə olunur. Assosiasiyada ucuzlaşmanın Avropadan geri qaytarılmış məhsulların daxili bazara yönəldilməsi ilə bağlı olduğunu istisna etmirlər. Qurumda həm də deyirlər ki, bu il Avropada, eləcə də ittifaq ölkələrinin fındıq idxal etdikləri əsas ölkə - Türkiyədə məhsul bolluğudur. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi logistika ilə bağlı problemlər yaradıb. Odur ki, Azərbaycan fındığını Avropa bazarına çıxarmaq, ona müştəri tapmaq çətinləşib. Bütün bunlar da ölkədə fındığı ucuzlaşdırır.
Bir sıra marketləri özündə birləşdirən Veysəloğlu Şirkətlər Qrupundan isə fındığın ucuzlaşması ilə bağlı bildirilib ki, mövsümün sonu ilə əlaqədar qabıqlı fındığın az çəkidə ehtiyatı qalıb: “Həmin məhsulun rəflərdə daha artıq müddətdə qalmaması və müştərilərimizin sərfəli qiymətə alış-verişi üçün bəzi marketlərdə məhsulun qiymətinə maksimum (4 dəfə) endirim tətbiq etmişik”.
Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir, bunun isə 840 hektarı ötən il əkilib. İl ərzində fındıq bağlarından 67 min tondan çox məhsul yığılır və böyük hissəsi ixrac edilir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 16,2 milyon ABŞ dolları dəyərində 2 min 786 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) satıb, xaricdən 196 min ABŞ dolları dəyərində 29 ton meşə fındığı alıb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 38 % və 40 % çoxdur.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 35 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























