Azərbaycanda 3 investisiya şirkətinin ötənilki vergiyəqədərki mənfəəti 1,5 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkətindən 3-nün ötən il vergiyəqədərki mənfəəti 1,5 milyon manatdan çox olub.
Bunlar “PAŞA Kapital” (3,094 milyon manat), “PSG Kapital” (2,137 milyon manat) və “İnvest-AZ” (1,557 milyon manat) investisiya şirkətləridir.
Qalan 8 investisiya şirkətindən 2-də – “Unicapital” və “Azfinance”ın vergiyəqədərki mənfəət 1-1,2 milyon manat arasında, 4 investisiya şirkətində - “CPM-İnvest”, “ABB-İnvest”, “BTB Kapital” və “Xalq Kapital”da isə 1 milyon manatdan azdır. “Plato Capital” və “MFX-Trading” investisiya şirkətləri isə vergiyəqədərki zərərlə üzləşib.
11 investisiya şirkətinin 5-i – “Azfinance” “Xalq Kapital”, “Unicapital”, “PSG Kapital” və “İnvest-AZ” ötən il vergiyəqədərki mənfəətini artırıb, “PAŞA Kapital” və “BTB Kapital” investisiya şirkətləri isə azaldıb. “MFX-Trading” investisiya şirkəti vergiyəqədərki zərərini artırıb, “Plato Capital” investisiya şirkəti isə vergiyəqədərki zərərini azaldıb. “ABB-İnvest” investisiya şirkəti ötən ildən vergiqədərki mənfəətlə, əvvəlki ildən isə vergiyəqədərki zərərlə çıxdığı, “CPM-İnvest” investisiya şirkəti isə bazara ötən il daxil olduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Renkinq”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















