Yeni tikilən binalarda provayder inhisarının qarşısını necə almaq olar?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən internet provayderləri sahəsinin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Bu layihlər ilə mövcud problemlərin böyük əksəriyyətinin həll edilməsi hədəflənir.Hazırda Azərbaycanda İnternet provayderlərinin sayı artmaqdadır. Bu artımın yaxşı tərəfləri ilə yanaşı narazılıq yaradan tərəfi odur ki, həmin İnternet təminatçıları yalnız kiçik bir ərazidə xidmət göstərir və həmin əraziyə başqa provayderlərin girişi qadağandır.
Belə ki, son zamanlar əsasən Bakıda tikilən yeni yaşayış komplekslərinin yaxud biznes mərkəzlərinin sahibləri ya özləri yeni provayder qeydiyyatdan keçirir, yaxud da yalnız əməkdaşlıq etdiyi provayderin həmin kompleks və ya biznes mərkəzdə fəaliyyətinə şərait yaradır. Nəticədə digər provayderlərin həmin binalara girişi məhdudlaşdırılır. Yəni "Bir bina-bir provayder" reallığı formalaşıb. Bu isə ölkədə olan digər provayderlərin narazılığına səbəb olur.
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz açıqlamasında qeyd edib ki, bu mövzuda şikayətlərlə tez-tez qarşılaşır. Ekspert hesab edir ki, belə məsələlər İnternet bazarında haqsız rəqabətə səbəb olur və rəsmi qurumlar belə məsələlərin qarşısını almaq üçün ciddi addımlar atmalıdırılar:
“Azərbaycanda son zamanlar internet provayderlərinin sayı artmaqdadır və bu yaxşı haldır. Amma hansısa ərazini yaxud binanı inhisara almaq qüsurludur. Hesab edirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunun qarşısını alan tədbirlər müəyyən etməlidir. Bir binada ən azı 3 provayder xidmət göstərməlidir ki, sakinlərin seçim imkanı olsun. Amma əksinə olanda keyfiyyət olmayacaq.
Mənə elə gəlir ki, yeni yaşayış binalarının istismara verilməsi ilə bağlı şərtlərə dəyişiklik olmalıdır. Əgər istismardan öncə qaz, işıq infrastrukturu yoxlanırsa, rabitə infrastrukturu da yoxlanmalıdır”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, belə haqsız rəqabət halları ilə bağlı qeyd olunan məzmunda müraciətlərin daxil olması halları mövcuddur:
"Bu halların qarşısını almaq üçün isə nazirlik öz Əsasnaməsində qeyd olunan fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri yerinə yetirir. Nazirlik Əsasnaməyə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə birlikdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq vəzifəsini icra edir.
Həmçinin aidiyyəti dövlət orqanları ilə birlikdə rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmət bazarlarının formalaşdırılmasına nəzarəti təmin etmək, xidmət bazarlarının təhlilini aparmaq, hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələbləri müəyyənləşdirmək səlahiyyətinə malikdir.
Bundan əlavə olaraq rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədi ilə tövsiyələr verə bilər.
İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaq da nazirliyin səlahiyyətlərinə daxildir”.
Nazirlik ölkədə 2-3 nəfərdən formalaşan internet provayderlərin artması məsələsinə də aydınlıq gətirib:
“Hazırda milli qanunvericilikdə birbaşa internet provayderlər/operatorların fəaliyyətini tənzimləyən qaydalar mövcud deyil. Lakin nazirlik tərəfindən sahənin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Hazırlanması nəzərdə tutulan layihələr İnternet idarəçiliyi, xüsusilə də İnternet provayderlər/operatorların fəaliyyətinin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, mövcud problemlərin böyük əksəriyyətinin həll edilməsini təmin edəcək".
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
-
1 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
1 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
2 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
2 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Ən çox oxunanlar
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama




















