Azər Türk Bankın aktivləri 80% artıb
Dövlət bankı Azər Türk Bankın 01 iyul 2022-ci il tarixinə aktivləri 600 milyon manat səviyyəsində olmuşdur ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 47%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 80% çoxdur.
Azər Türk Bank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın kredit portfelinin həcmi hesabat dövründə 58% artaraq 287 milyon manat təşkil etmişdir. Depozit portfeli 37%, yəni 59 milyon manat artımla 221 milyon manat olmuşdur.
Azər Türk Bank ilk dəfə olaraq aparıcı xarici banklarla birgə sindikatlaşdırılmış kreditin təşkilində iştirak etmiş, 2 milyon manat həcmində borc öhdəliyi ayırmışdır.
Bank ikinci rübü 812 min manat həcmində xalis mənfəətlə bitirmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 81% çoxdur.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 43% artaraq, 14 milyon manat, qeyri-faiz gəlirləri isə 98% artaraq, 9 milyon manat təşkil etmişdir.
Həmçinin qeyd edilib ki, prioritet istiqamətlərdən olan nağdsız əməliyyatların inkişafına təkan verən kartların və POS-terminalların sayında da artım müşahidə edilir. Belə ki, kartların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45%, POS-terminalların sayı isə 137% artmışdır.
Bundan əlavə, qısa zaman ərzində Bankda "Apple Pay" və "Google Pay" təmassız ödəniş sistemlərinin tətbiq edilməsi planlaşdırılır.
Hesabat dövründə Azər Türk Bank iki müasir rəqəmsal filial açmışdır və cari ilin sonuna kimi eyni tipli daha iki filialını müştərilərin ixtiyarına verəcəkdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)







