“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 10 illik yubileyini qeyd etdi!
2012-ci ildə yaradılan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “10 il yüksələn xətlə” şüarı altında yubiley tədbirini keçirib.
Tədbir iyul ayının 7-si “Four Seasons Baku” hotelində PAŞA Kapital kollektivi, investorlar, müştərilər, həmçinin yerli və xarici qonaqların iştirakı ilə xüsusi ziyafətlə qeyd edilib.
Yubiley tədbiri PAŞA Kapital İnvestisiya Şirkətinin müşahidə şurasının üzvü Bəhruz Nağıyev, direktoru Ceyhun Hacıyev və direktor müavini Ruslan Xəlilovun şirkətin keçmiş fəaliyyəti, həmçinin gələcək hədəfləri barəsində etdikləri çıxışlar ilə başlayıb. Daha sonra qala gecəsi xüsusi dəvət olunmuş musiqi orkestrlərinin ifaları ilə davam edib.
Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC fəaliyyətə başladığı ilk gündən bazarın inkişafı istiqamətində görülən bütün tədbirlərə aktiv dəstəyini göstərərək, kapital bazarının bir çox layihələrinə imza atmış və yeni investorların cəlb olunması, eləcə də bazarda mövcud olan maliyyə alətlərinin çeşidinin artırılmasına öz dəyərli tövfəsini verib.
Göstərilən səylərin nəticəsi olaraq, şirkət 10 il ərzində biznes mühitini genişləndirərək, müştəri sayını və əməliyyatların həcmini dəfələrlə artırmışdır. Dövriyyəyə və xalis mənfəətə əsasən şirkət hazırda ölkənin lider investisiya şirkətlərindən birinə çevrilib.
PAŞA Kapital - 10 il yüksələn xətlə xidmətinizdədir!
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























