Xalq Bank 2022-ci ilin ilk altı ayının yekunlarını açıqladı
Azərbaycanın ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı 2022-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, “Xalq” Bankı stabil artım nümayiş etdirməklə aktivlərini ilin əvvəli ilə müqayisədə 193 milyon manat və ya 8.25% artıraraq 2 milyard 532.4 milyon manata çatdırıb.
Bank 2022-ci ilin ilk yarımilini 11 milyon 830 min manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 6 milyon manat daha çoxdur. Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 456.3 milyon manat təşkil etmişdir.
Ötən 6 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 54.4 milyon manat (3.83%) artaraq 1 milyard 473.4 milyon manat, depozit portfelinin həcmi isə 162.3 milyon manat (10.52%) artaraq 1 milyard 705.61 milyon manat təşkil etmişdir.
Xalq Bank əsas maliyyə göstəricilərinə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























