“OBA” marketlər şəbəkəsinə yeni rəhbər təyin edilib
2016-2022-ci (iyul, 2022) illər ərzində “OBA” marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinə İdarə Heyətinin sədri vəzifəsinə Natəvan İbrahimova təyin edilib.
Qrupun yaydığı məlumatda bildirilir ki, o, maliyyə və idarəetmə sahəsində 17 ildən çox təcrübəyə malik olan bir peşəkardır.
Natəvan İbrahimova karyerasına 2005-ci ildə “Veysəloğlu Distribusiya” şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib. Natəvan İbrahimova eyni zamanda böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupundakı SAP layihəsinə rəhbərlik etmişdir.
Bakalavr təhsilini “Tətbiqi riyaziyyat və kibernetika” ixtisası üzrə 2003-cü ildə Bakı Dövlət Universitetində alan Natəvan İbrahimova 2005-ci ildə həmin universitetin eyni ixtisası üzrə magistr diplomuna yiyələnib. 2019-2021-ci illərdə dünyanın qabaqcıl biznes məktəblərindən ESCP Business School-da Executive MBA dərəcəsi qazanıb. Mütəmadi olaraq maliyyə və idarəetmə üzrə beynəlxalq təlim və konfranslarda iştirak edən Natəvan İbrahimova Ostin Texas Universitetinin (ESCP Aparıcı İnnovasiyalar və İnkişaf üzrə) və Şanxay Jiao Tonq Universitetinin (ESCP Europe Çin modeli üzrə) sertifikatlarını qazanıb. Həmçinin Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diploma (ACCA DipIFR) sahibdir.
Qeyd edilib ki, 2016-2022-ci (iyul, 2022) illər ərzində “OBA” marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.
“OBA” marketlər şəbəkəsi 2016-cı ildə bazarın ehtiyacına uyğun olan və fərqli bir konseptə malik, “discount” (endirim) konseptli bir market olaraq yaradılmışdır. Veysəloğlu Şirkətlər Qrupunun “OBA” marketlərini yaratmaqda əsas məqsədi əməliyyat xərclərini minimum saxlamaq, istehsalçıdan birbaşa istehlakçıya çatdırmaq və nəticədə insanlara büdcəyə qənaət etməklə özünü və ailəsini təmin etmək imkanı yaratmaq olmuşdur.
Hazırda “OBA” qonşu market konsepsiyasına əsasən hər kəsə qonşu qədər yaxındır və Azərbaycanın əksər bölgələrini əhatə edən 1111 mağazası ilə müştərilərinə ailə büdcəsinə qənaət etdirəcək alış-veriş təcrübəsi qazandırmaq üçün çalışır. Hazırda “OBA” ailəsi 5700-ə yaxın əməkdaşı ilə istehlakçılara xidmət göstərir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
32 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Ən çox oxunanlar
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı






.jpg)












.jpg)



